“Unilever” şirkətinin maraqlı həyatından və bu günündən bəhs edən qısa məqaləni sizə təqdim edirik. 🙂

“Ay nə gözəl qoxusu var!”, “Ay nə ləzzətlidir!”, “Ay necə gözəl görünür!”, “Necə asan!”, “Necə təmiz!”. Bu ifadələri sizə dedizdirən bir marka var. Bəli, həm qoxu, həm dad, həm görünüş və həm də rahatlıq və zövq üzrə sizə xidmət göstərən bir şirkət var. Belə ki, hətta bu şirkət sizə 6 fərqli adda dondurma markası ilə xidmət edir. 6 fərqli adda (bizim ölkə üzrə) təmizlik vasitəsi markası və daha nə qədər fərqli adda markalar ilə fəaliyyət göstərir. Nəzərə alın ki, o markalar da fərqli-fərqli məhsullar ixrac edirlər. Əlqərəz, tv-də gördüyünüz reklamların 70 faizi bur şirkətin məhsullarınındır. Hansı şirkət? Unilever!

Unilever nədir?
Birləşmiş Krallıqda Lord Leverhulme tərəfindən qurulmuş “Lever Brothers” adlı ingilis şirkəti Ölkəsinin sabun ehtiyacının 60 faizini qarşılayırdı. Jurgens ve Van den Bergh tərəfindən yaradılan adı Margarine Unie şirkəti 1920-ci ildə daha güvənilir yolla istifadə olunan kərə yağına qalib gələrək marqarin satışını yüksəltmək istəyir, amma təbii ki, marqarinə tələb o qədər də güclü deyildi. Hər iki şirkət daha çox əldə etmək üçün hər vəchlə çalışırdı. 10 il davam edən belə çarpışmanın sonunda şirkətlər birləşməyi qərara alır.

Və beləliklə Jurgens ve Van den Bergh tərəfindən yaradılan adı Margarine Unie olan marqarin istehsalçısı bir Hollandiyalı şirkət və Lord Leverhulme tərəfindən qurulmuş “Lever Brothers” adlı şirkətin birləşməsi ilə bu adların qarışığından UNİLEVER adlı bir şirkət yaranır. Quruluş sənədini 2 sentyabr 1929-cu ildə imzalayırlar.

87 illik bir şirkətin inkişaf yolunu ağlınıza gətirin. Unileverin məhsulları dünyada hər gün 2,5 milyard nəfər insan tərəfindən istifadə edilir. 190 ölkədə 400-dən çox adda məhsul istehsal edən bu şirkət “Parlaq gələcək” üçün çalışdığını deyir, sloganları belədir. Şirkətin dünya üzrə 174 min işçisi var. Bu rəqəmə fikir verin. 174 min nəfər. Yəni 174 min ailə 1920-ci ildə marqarin və sabun satan insanların sayəsində bu gün keçimini təmin edir. Şirkətin ümumi gəliri isə 54 milyard avrodur. Bu rəqəmə fikir verməyin.

Lee Coomber tərəfindən hazırlanan logoda şirkətin dünyaya yanaşmasını və yaşanabiləcək bir dünya istəyini əks etdirir. Logo 25 simvolun U hərfi şəklində düzülüşündən ibarətdir. Simvollar Günəş, Palma, Əl, Göyərçin və əlavə olaraq şirkətin istehsal etdiyi məhsulları bildirən işarələrdir.

Bu şirkət insanların həyatını rahatlaşdırmaq üçün əlindən gələni edir. İstifadə etdiyiniz məhsulların arxasını çevirib oxuyun. Əksəriyyətində bu logonu görəcəksiniz.


Yediyiniz-içdiyiniz (Calve, Algida, Max, Lipton, Knorr, Brooke Bond, Amora, inanın ki say-say bitməz), Şəxsi baxım (AXE, Dove, Rexona, Lifebouy, Sunsilk, Lux, Clear), həmçinin, Ev təmizliyi (Persil, OMO, Cift, Domestos). Əlqərəz həyatımızın hər anında.

Bəs buna necə nail oldular?
Bunun səbəbi hələ bu qədər məhsul yox ikən məhsulun qaydalarını qoyub bizi öyrətmələri oldu. 1926-cı ildəki “Təmiz Əllər” kampaniyası kimi. Uşaqlara gündə 3 dəfə yeməkdən əvvəl əl yumağın vacib olduğunu təlim keçərək öyrətdilər.

Buna ağıllı siyasətlə nail oldular. Uzaqgörənliklə. Gələcəkdə qarşılarına maneə ola biləcək hər hansı bir şirkəti əzməyi planlamadılar. Onu satın aldılar.

Əslinə qalanda isə, bu olmalı idi, çünki bizim buna ehtiyacımız var idi…

Hazırladı: Ramin Ağaquliyev

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂