Uşağın ilk tərbiyə gördüyü ailə mühiti onun varlığına ən dərindən təsir edən ən güclü təhsil və təlim mühitidir. Bir cəmiyyətin ən əhəmiyyətli sualı uşaqlarının necə böyüməsidir; cəmiyyətin gələcəyi bununla formalaşır.

Uşağın yetişdiyi ailə mühitini kobudca ikiyə ayıra bilərik;

1) Uşağı zorbalıq və utancla tərbiyə edən və onu mövcud qəliblərə uyğunlaşdırmağı qarşısına məqsəd qoyan qorxu mədəniyyətinin ailə mühiti;

2) Uşağı anlayış, sevgi və nümunə olaraq inkişaf etdirib onun ola biləcəyinin ən yaxşısı olmasına xidmət edən hörmət və etimad mədəniyyətinin mövcud olduğu ailə mühiti. Demokratik cəmiyyət qorxu mədəniyyəti mühiti olan ailə ilə meydana gələ bilməz.

yaxs%cc%a7inin-d%c9%99y%c9%99rini-bilib-ona-h%c9%99yatimizda-yer-verm%c9%99k

Qorxu mədəniyyəti hər bir hüceyrəmizə yer edib; hər münasibətdə güclü-gücsüz, qorxudan-qorxan vəziyyəti yaratmaq istəyirik. Həyat yoldaşının ilk günlərdən gözünü qorxudaraq sağlam bir ailə quracağını düşünən kişi, ərinin qarşısında özü ilə anası arasında seçim qoymağa çalışan və bununla da güc sahibi olacağını düşünən bir qadın ailəni meydana gətirirsə, bu ailədə hansı sevgidən söz gedə bilər? Bu ailədə güclü gücsüz mübarizəsinə doğulan uşaq inkişaf edə bilər mi?

Qorxu mədəniyyətində bir tək dəyər var: Münasibətdə güclü tərəf olmaq ya da güclü tərəf kimi görsənmək. Həyat həmişə özünü sübuta yetirmə, gücünü sübut etmə mübarizəsinə çevrilib. Həyatını davam etdirmə mübarizəsində olan ana və ata özünü tanıyaraq, özü olaraq həyatı yaşamaq fürsəti tapa bilməz. Özünü tanımayan ana-ata uşağını tanımağa və onun ÖZÜ olaraq yaşamasına əhəmiyyət verməz.


Uşaq kiçik insandır. Hər uşaq maraqlanmaq instinkti ilə doğulur; sual verməmək ondan asılı deyil. Varlığının meydana çıxardığı təməl duyğu ona, “naməlumluqdan narahat olacaqsan, mənalandırmaq üçün hər şeyi edəcəksən” deyir. Uşaq maraqla öyrəndiklərini bir-biriylə müqayisə edir, birləşdirir. Uşaq öyrəndikcə, anladıqca və sorğulamağa başlayıb daha böyük sistemlər qurmağa başladıqca öhdəsindən gələbiləcəyi yeni həyat təcrübələri axtarmağa başlayır. Həyatın müəyyən bir sahəsini qavrayıb anladıqdan sonra, o sahəyə qonşu olan və hələ aydın olmayan başqa bir təcrübə sahəsini sorğulamağa başlayır və orada da bir sistem inkişaf etdirərək BÜTÜN-ə çatmağa çalışır.

Bəzi ailələr, bəzi cəmiyyətlər uşağın araşdırma hissinə dəyər verir, bunu inkişaf etdirmək istəyir; bəziləri isə bu istiqamətin inkişafından qorxur və maneə törətməyə çalışır. Bu fərqli mövqe fərqli cəmiyyətlər meydana gətirir.

Əsəbin tam ziddi şükür duyğusudur. HİRSLƏNMƏK həyatdan istədiklərimiz reallaşmadığı zaman, itirdiyimiz, özümüzü zəif və çarəsiz hiss etdiyimiz zaman duyduğumuz, əzab verən hissiyatdır. ŞÜKÜR isə itirdiklərimiz və istədiklərimizin yerinə əlimizdə olanın qədrini bilməkdən ibarət bir duyğudur.


usaqterbiyesi-kose-yazisi
Bəzi insanlar vardır ki, ancaq xəstələnəndə sağlamlığın dəyərini anlayır. Bəzi insanlar vardır ki, onlar sağlam ikən sağlam olmanın dəyərini bilir və sağlam olduqları üçün şükür edirlər.

Mənfiləri dəf etməyə çalışmaqla, yaxşının dəyərini bilib ona həyatımızda yer verə bilmək arasında fərq var. Şükür duyğusu ilə yanaşma həyatımızda müsbət olan şeylərin dəyərini bildiyimizi göstərir.

Ona görə ətrafınızda olan dostlarınızı və müsbət insanları nəyə qurban verdiyinizi çox yaxşı təhlil edin, əgər yaxınınızda belə insanlar yoxdursa axtarışı dayandırmayın, yox əgər az sayda da olsa belə insanları tanıyırsınızsa onları özünüzə daha da yaxınlaşdırın və onlardan bərk-bərk yapışın, onları itirməkdən çəkinin.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Yaxşının dəyərini bilib ona həyatımızda yer ver..." A few seconds ago