Amerikadan olan proqramçı artıq yemək bişirməkdən yorularaq buna bir əlac düşünüb. O enerjisinə və vaxtına qənaət edərək yaşamaq üçün lazımlı olan bütün maddələri özündə birləşdirən kokteyl kəşf edib. Rob Raynhart Atlantdan olan 24 yaşlı proqramçıdır. O, vitamin və minerallarla dolu içki kəşf edib. Robun dediyinə görə içkinin gözəl dadı var və artıq 6 həftədir ki özü yalnız bu içkidən içir. Bundan başqa bu içki pula da qənaət edir. Belə ki, indi Rob ayda qidalanmaq üçün yalnız 50 dollar xərcləyir. Rob ümid edir ki, içkisi dünyadakı aclığa da çarə olacaq.