Yeni ilə artıq 1 aydan daha az qalıb. Artıq ev dekorları edilir, yeni il ab-havasına giririk. Bəs Şam ağacının tarixini bilirik? Maraqlı olacağını düşünüb, bir az araşdırma etdim.

Əslində, çoxumuz düşünürük ki, bu ağacın bəzədilməsi xristiyanlıqla əlaqədardır, ancaq araşdırandan sonra öyrəndim ki, bu heç də belə deyilmiş. Çox keçmişdə romalılarda da bu adət var idi. Onlar düşünürdülər ki, həmişə yaşıl ağacı bəzəməklə cinləri, cadugərləri xəstəlikləri özlərindən uzaq edəcəklər. O zamanlarda ağacı fərqli yeməli aksesuarlarla bəzəyirdilər.

Daha sonra Şimali Avropada bu adət Milad bayramı ərəfəsində edilməyə başlandı. Ağaclar cənnət ağacları sayılırdı. Kasıb ailələr taxtanın üstünə yarpaqlar yığaraq, şam ağacına bənzədirdilər. Üzərini alma və darçınlı peçeyalar ilə bəzəyirdilər.

İlk dəfə Alman vaiz Martin Luther tərəfindən ağac evdə də bəzədilmişdir. Bir dəfə meşədə gəzərkən, ağacın üzərinə düşən ay işığı ona çox sehrli ab hava verib. Bundan sonra o düşünüb ki, bu işıq evdə də olmalıdır və insanlar evlərində də Şam ağacı bəzəməyə başlayıblar.

Daha sonra üzərini bəzəmək üçün başqa xırda oyuncaqlar istehsal olunmağa başladı. Ay işığında olan sehri yaratmaq üçün işıq dekorları yaradıldı və bu çox insanların sevimli ev aksesuarına çevrildi. Həmin işıqlar təhlükəli idi. Bir dəfə o işıqlara görə yanğın da çıxdı. Bundan sonra yeni və daha zərərsiz işıq ispan əsilli yeniyetmə Albert Sadacca tərəfindən yaradıldı.

20-ci əsrdən etibarən süni Şam ağacları daha çox istifadə edilməyə başladı. Artıq hər kəsin cibinə uyğun yeni il bəzəkləri və ağacları insanları sevindirirdi.

Yeni dövrdə isə artıq sadəcə Şam ağacları deyil, bütün ağacları Yeni il üçün bəzəmək adətə çevrilib.

Bu sehrli 1 ayda Yeni ilə yaxşı hazırlaşmağınızı diləyirəm! Ümid edirəm ki, təzə il hamınıza çoxlu uğur gətirər!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Onesignal