Amansio Orteqa – dünyanın ən varlı  insanından biri olaraq illərlə Forbes jurnalının siyahısında ilk üçlü yerini qoruyur. Amansio Orteqa ispaniyalı modelyer və “Industria de Diseno Textil Sociedad Anonima” şirkətinin təsisçisidir. Şirkət özündə Zara, Pull&Bear, Massimo Dutti, Bershka, Stradivarius, Oysho,  Zara Home kimi markaları birləşdirir.

Amansio Orteqa 1936-cı il 28 mart tarixində kiçik ispan şəhəri  Leonda doğulmuşdur. Atası dəmiryolunda çalışan fəhlə, anası isə qulluqçu idi. Ailə kasıb ailə olub və bu səbəbdən də Orteqa heç orta məktəbi bitirə bilmir. Orteqa 13 yaşında məktəbi buraxaraq zadəgan ailələr üçün paltar tikən dərzinin yanında köməkçi usta kimi çalışmağa başlayır. Amansio Orteqonun 14 yaşı olduqda o, ailəsi ilə birlikdə La-Korunya şəhərinə köçür . Elə bu şəhərdə də kiçik dərzi ilk peşakar fəaliyyətinə başlayır, beləki Amansio Orteqa yerli modelyerin atelyesində kiçik dərzi kimi işə düzəlir. Atelyedə parça biçimi və paltar tikişinin incəlikləri ilə yanaşı Amansio qiymətəmələgəlmə mexanizmlərini də araşdırmağa  başlayır.

Amansio kimi kiçik əyalətdən olan təhsilsiz gənc üçün baş dərzi yaxud atelye müdiri olmaq uğurun pik nöqtəsi hesab oluna bilərdi, lakin onun imkanları və potensialı bununla kifayətlənən deyildi. Amansionun istedadı və bacarıqları üçün həyatın təqdim etdiyi çərçivə dar gəlirdi. Bu səbəbdən Amansio toplanmış təcrübə və bacarıqlardan tezliklə həmin dövr üçün kreativ olan qərar çıxardır.

1960-cı ildə Amansio yerli şəhərin birində mağaza meneceri olaraq fəaliyyətini davam etdirməyə başlayır. Elə bu fəaliyyəti dövrü ərzində Amansio növbəti tapıntısını kəşf edir – Amansio anlamağa başlayır ki, bahalı geyim istehlakçılarının olduqca dar çevrəsi var, hansı ki bu yüksək gəlir və intensiv satışı təmin etmirdi. Eksperiment kimi Amansio Barselonadan ucuz parça alaraq bahalı geyimlərin tikiş və fasonlarını ucuz parça üzərində tətbiq etməyə başlayır. Nəticə də mağaza geyimlərinə güzəştə getməyən, lakin daha qənaətli geyimlər yaranır. Həmin geyimlər yerli alıcılar arasında böyük rəğbətlə qarşılanır və beləliklə Amansio ilk kapitalını toplaya bilir. Amansio Orteqanın əsas fəlsəfəsi olan – bahalı geyimlərin kopyalanması “Zara” brendinin özülünə çevrilir.

1975-ci ildə Amansio Orteqa toplanmış ilk kapitalı ilə ilk mağazası olan “Zara”- nı açır. Mağaza seçilmiş ad olduqca uğurlu olur. Onu da qeyd edək ki, Amansio mağazanın adını “Zorba” qoymaq istəyirdi, amma bu adı qeydiyyatdan kiçirdə bilmədiyinə görə mağazanın adı “Zara” olaraq qalır.

Bu gün Amansio Arteqonun şirkəti 77 ölkədə 4 907 mağaza ilə təqdim olunub və bu uğur kiçik bir mağazadan şaxələnib. Amansio Orteqanın əsas məqsədi  dəbi orta təbəqə üçün əlçatan etmək olub və o, öz məqsədini reallaşdıraraq milyarder olub.

Amansio Orteqa 2001-ci ilədək tanınmırdı. 2001-ci ildə onun şirkəti birjaya çıxdı və o andan etibarən şirkət aksiyalarının qiymətləri sürətli templə artmağa başladı. Bu hadisədən sonra Amansio Orteqa İspaniyanın sayca 3-cü ən varlı insanına çevrildi, lakin Amansionun özü bu hadisədən o qədər də məmnun qalmadı, çünki bundan sonra Amansio populyarlaşır və hamının diqqəti onun üzərində gəzməyə başlayır. Yaxınlarının dediklərinə görə Amansio vərdişlərini dəyişdiyinə görə çox şikayətlənir. Şofer və cangüdənlər tutmaq və istədiyi vaxt mərkəz küçələrdə gəzmək imkanının olmaması Amansio Orteqanın qəbul etmək istəmədiyi, lakin məcburən etdiyi dəyişikliklər oldu.

Amansio Orteqa heç vaxt müsahibə vermir və heç vaxt ictimaiyyət qarşısında çıxış etmir. Ailəsini və dostlarını gizli saxlayır. Amansio Orteqa iki dəfə evli olub və bu evliliklərdən onun 3 övladı – 2oğlu və 1 qızı var. Məlumdur ki, Amansionun övladları onun kompaniyasında çalışır. Maraqlısı budur ki, milyarderin övladları ilk işlərinə mağaza administratoru kimi başlayıblar, halbuki həmin vaxtda Amansionun artıq bir neçə mağaza şəbəkəsi və milyonları vardı…