Yuxu orqanizmin inkişafı və insan ruhu üçün olduqca önəmlidir. Məsələn, yuxusuzluğun artıq çəkiyə səbəb olduğu hər kəsə məlumdur. Bununla yanaşı, yuxusuzluq infarktinsult riskini artırır.

Yuxusuzluq xəstəlik olduğu kimi, başqa bir xəstəliyin əlaməti də ola bilər. Yuxusuzluqla birlikdə yuxusuzluğa səbəb olan digər xəstəliklərin də müalicəsi zəruridir.

Yuxusuzluğun müalicəsindən əvvəl onun kökündə duran səbəbləri tapmaq lazımdır. İnsanlar bəzən qısamüddətli yuxusuzluq problemi yaşayırlar. Yuxusuzluğun xəstəlik olaraq qəbul edilməsi üçün simptomlar ən az bir ay davam etməlidir.

Yorğunluq ya da halsızlıq, diqqət dağınıqlığı, yaddaş zəifliyi, iş həyatında yaşanılan müxtəlif problemlər, münasibətlərdə olan anlaşılmazlıqlar yuxusuzluğun gündüz simptomları arasındadır. Yuxusuzluğu olan xəstələr yataqda uzun müddət yatmadan gözləyirlər.

Davamlı yuxusuzluq probleminiz varsa həkimə müraciət etməyiniz tövsiyə olunur. Həkimə getməzdən öncə özünüz bunun üçün çalışın. Yuxu rejiminizə diqqət edin, müəyyən bir vaxtda gələn yuxunu ertələməyin, elə həmin vaxt yatın. Yatağınızda olarkən sizin diqqətinizi çəkən əşyaları gözünüz önündə saxlamayın. Axşam saatlarında problemlərinizi düşünməyin, əhvalınızı yüksəldəcək film izləyin və ya kitab oxuyun. Bütün bunlardan sonra yuxusuzluq probleminiz həll olunmazsa, həkimə getməyiniz məsləhət olunur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂