Meksikanın Çiapas meşələrində qamışdan düzəldilmiş, divarı olmayan komalarda yaşayan Lakandonlar yellənən asma yataqlarda yatırlar.

ONLAR belə nəql edirlər:

-Əgər yuxunda eşşək görsən, güclü külək olacaq deməkdir.

-Əgər yuxunda takos yediyini görsən, bir qarışqayeyən görəcəksən.

-Əgər yuxunda qarışqa görsən, aşkarda yaquar görəcəksən.

-Əgər yuxunda yaquar görsən, deməli insanlar gəlir.

-Əgər yaquar səni dişləsə, gələn insanlar deyil.

-Əgər yuxuda oyandığını görsən, meşədə qorxudulacaqsan.

-Əgər yuxunda güzgü görsən, bəyaz daşlar görəcəksən.

-Əgər yuxunda dilini görsən, ehtiyyatlı ol.

-Çoxlu quş bədənində atəş, çoxlu balıq mədəndə ağrı deməkdir.

-Əgər yuxunda itirdiklərinə görə kədərləndiyini görsən, itirdiklərinə görə kədərlənməli olmayacaqsan.

-Əgər yuxunda şənlik görsən, uzun zaman çarəsiz dərdlərlə əlləşəcəksən.

-Yuxuda balqabaq görmək yaquar başına, köhnə bir qayıq bir timsaha yozulur.

-Əgər yuxunda ev görsən, demək aşkarda bir çöl donuzu görəcəksən.

-Əgər yuxuda saqqal görsən, bir çöl donuzu görəcəksən.

-Əgər yuxunda süpürgə görsən, yenə bir çöl donuzu görəcəksən.

-Əgər yuxunda radio görsən, demək kimsə ağlayacaq.

-Yuxuda tüfəng, heyvan dişi deməkdir.

-Lobya dənələri qurdcuqlardır, qurdcuqlar lobya dənələri.

-Əgər yuxunda yazı yazdığını görsən, demək bir ilan səni vuracaq.

-Əgər yuxunda göl görsən, bunun heç bir mənası yoxdur.

-Əgər yuxunda qurbağa görsən, bunun da mənası yoxdur.

-Əgər yuxunda çiçək görsən, bunda da bir məna axtarma.

-İşdir yuxunda cənnəti görsən, bunun da mənası yoxdur.

-Əgər yuxunda yarpaqları görsən, bunun da mənası yoxdur, amma külək yarpaqları tərpədirsə demək çəritkələr qarğıdalıları yeyəcək.

-Əgər yuxunda sis görsən, kədərli və xəstə insanlar gəlir deməkdir.

-Əgər yuxunda bir şey bildiyini görsən, onu bilmirsən.

-Əgər yuxuda ayın çevrəsində parıltı görsən, dünyanın sonu gələcək.

-Yuxuda nazik olan qalın olacaq.

-Yuxuda mütləq olan, həyatda olmayacaq.

Lakandonlar Meksikanın Çiapas meşələrində qalan sonuncu maya nəsilləridir və onlar maya dilində danışırlar. Lakandonlar özlərini “Doğru İnsanlar” anlamına gələn “Hach  Winik” adlandırırlar. Sayları 400-dən azdır.