Ağız boşluğunda olan xəstəlikləri əhəmiyyətsiz hesab etmək olmaz, hər bir ağrı xəstəliyin işarəsi ola bilər. Bəs ağızda olan xəstəliklər hansı orqanlara təsir edir? Hansı xəstəliklərin simptomları ola bilər?

  1. Altsheymer

İnanmaq bir az çətin ola bilər, ancaq təəssüf ki, ağızda olan xəstəlik altsheymerin yaranmasına səbəb ola bilər. Diş əti xəstəliyi zamanı yaranan bakteriyalar altsheymer xəstəliyinin beyində yaratdığı bakteriyalarla eynidir.

2. Sonsuzluq

Ağız və diş sağlamlığı ilə sonsuzluğun əlaqəli olması bir qadının diş əti narahatlığına görə stomatoloqa getməsi ilə müəyyən olunub. Araşdırmaların nəticəsi göstərir ki, diş əti xəstəlikləri olan qadınların hamilə olma şansı diş əti sağlam olan qadınlara nəzərən daha azdır.

3. Diabet

Diabet sadəcə ağıza deyil, böyrəklərə, qaraciyərə və gözə də zərər verir. Ağız və dişlərinizlə bağlı probleminiz varsa, diabet analizi verməyinizdə fayda var.

4. Ürək xəstəlikləri

Ağız və dil kökünə yerləşən bəzi bakteriyalar ürək qapaqlarına təsir edə bilər. Bu səbəbdən ağız və diş müalicəsi ürək xəstəliklərinin də qarşısını alır.

5. Xərçəng

Bunu hər birimiz bilirik, amma yenə də qeyd edək. Hər 6 aydan bir diş həkimi müayinəsindən keçməyinizi tövsiyə edirik. Bütün xəstəliklər ilkin mərhələdə aşkar edildikdə müalicə effektiv olur. Xərçəng kimi ağır xəstəliyin əlamətlərini də ağız boşluğunda yaranan narahatlıqlardan bilmək mümkündür.

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Ağız boşluğundakı xəstəliklərin yaratdığı ekstr..." A few seconds ago