İnsanların bir çox fərqli hissləri var və bu hisslər bəzən fiziki olaraq da yaşana bilər. Sevindiyimiz zaman gülmək, kədərləndiyimiz zaman ağlamaq kimi… Təkcə kədərli hiss etdiyimiz zaman ağlamırıq, həm də sevincli olanda və ya qorxan zaman ağlaya bilirik. Ağlamağa neqativ və ya pozitiv hisslər səbəb ola bilir.

Amma hələ də dünyada ağlamağı zəiflik olaraq qəbul edən insanlar mövcuddur. ABŞ-da aparılan bir araşdırmada qadınların ay ərzində 3.5 dəfə ağladıqları müəyyən olunub. Kişilərdə isə 1.9 dəfə sadəcə göz yaşı axıtdıqları müəyyənləşib. Ağlamağa ehtiyacınız olduğunu düşünürsünüzsə, göz yaşlarınızı geri çəkməyin. Çünki bu sağlamlığınız üçün faydalıdır.

1. Stres
Kapitalist cəmiyyətin ən böyük problemlərindən biri stresdir. Xüsusilə, böyük şəhərlərdə, nəqliyyat, iş və ev həyatında yaşadıqlarımız bizi stresə sala bilər. Streslə mübarizə aparmağın yolların biri də isə ağlamaqdır. 2014-cü ildə bu mövzuda aparılan araşdırma ağlamağın stresə kömək etdiyini təqdiqləyib. Amma ağlamaq stresə həmin an təsir etmir, bədənin rahatlaşması üçün bir neçə dəqiqə də gözləmək lazımdır.

2. Qan təzyiqi
Qan təzyiqinin artması, yüksək təzyiq, iflic, infrakt, ürək çatışmazlığı və hətta böyrək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilir. Araşdırmalar göstərmişdir ki, ağlamaq sadəcə təzyiqi aşağı salmaqla kifayətlənmir, həm də onu tarazlıqda saxlamağa kömək edir. Amma gərgin ağlama seansı nəbzə pis təsir edir.

3. Yığılan toksinlər
Stres və pis qidalanma ilə bədənimizdə bir çox toksin yığılır. Ağladığımız zaman bu toksinlər bədənimizdən atılır. Ağlayan zaman gözümüzdən axan göz yaşlayı, toz və duman kimi şeyləri gözlərimizdən təmizləyir. Digər yandan, ağladığımız zaman bədənimizdə yığılan toksinləri də bədəndən xaric edir. Bu şəkildə ağladığımız zaman bədəndəki kortizol (stres hormonu) səviyyəsi düşür və ruh halımız daha sakit olur.

4. Ruh halı
Zamanla fərqli ruh halları yaşamağımız normaldır. Hətta bəzən o qədər aqressiv oluruq ki, özümüzü tanıya bilmirik. Ruh halımızda olan bu dəyişiklərin bir səbəbi olur… Bəzən də olmur. Ruh halımızı sakitləşdirməyin ən asan yollarından biri ağlamaqdır.

5. Ağrı
Fiziki ağrı hiss etdiyimiz zaman özümüzdən asılı olmadan gözümüzdən yaş gəlir. Bu, bədənin ağrımızı azaltması üçün işə saldığı mexanizmdir. Araşdırmalar öz-özünə göz yaşı axıtmağın oksitosin və endorfin ifraz etdiyini müəyyənləşdirib. Bu maddələr insanın özünü daha yaxşı hiss etməsinə kömək edir. Həm fiziki, həm də duyğusal ağrını yüngülləşdirir.

Mənbə

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry