Cəmiyyətimizdə gec-gec rast gəlinən, lakin insanların marağına səbəb olan nadir xəstəliklərdən biri də albinizmdir. Belə insanlar ağ rəngdə olaraq, ətrafdakıların diqqətini öz üzərlərinə cəmləyirlər. Onlar elmi dildə “albinos” adlanır. Bu sözün latın dilində mənası “ağ” deməkdir. Albinizm xəstəliyinə tutulanlardan çoxu bunu kompleks hesab etsə də, bəziləri insanların reaksiyalarına alışdığını söyləyir. Albinizm doğulandan dəridə dəri rəngini yaradan piqmentin olmamasıdır. Mütəxəssislər Albinizmi xəstəlik hesab etmirlər. Albinizmin səbəbi dəridə melanin yaradan melanositlərin demək olar ki, olmamasıdır.

Xəstəliyin əsas xarakterik əlamətini törədən amil melanin piqmentinin olmaması və ya catışmazlığıdır. Səbəblərinə isə hipofizin orta payının melatonin hormonunun və dəridə melanositlərin, hansı ki dəriyə rəng verən piqmenti – melanini əmələ gətirirlər, funksiyasını yerinə yetirə bilməməsi, funksional çatışmazlığıdır.

Alimlərin araşdırmasına görə, Avropada hər 20.000-dən biri, dünyada isə hər 17.000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır. Nigeriyada hər 3000 adamdan biri albinosdur. Albinizm irsidir və müalicəsi yoxdur. Onların dünyayabu cür gəlmə səbəblərini heç kim dəqiq izah edə bilmir. Bəzi mülahizələrə görə bu gendə olan mutasiya ilə bağlıdır. Albinosların gözləri zəif və işığa həssas olur. Rəngi isə geyimlərinin rənginə görə, dəyişir. Eyni zamanda onlar dəri xərcənginə meyillidirlər. Sağlamlıq, intelekt və yaşam müddətinə görə, digər insanlardan fərqlənmirlər.

Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir.

Alimlərin araşdırmasına görə 10.000 heyvandan biri albinosdur. Bəzi ölkələrdə albinoslar aşkar ayrıseçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadugərliyə kömək edir.