Böyük Sədd Rifi, bir-birindən ayrı 2,900 rif və 900 adadan ibarət olan, 2,600 km genişliyə yayılmış 344,400 km ² sahəsi ilə dünyanın ən böyük rif sistemidir. Rif şimal şərqi Avstraliyanın Queensland sahillərində olan Mərcan dənizindədir.
Böyük Sədd Rifi kosmosdan görülə bilən, canlı orqanizmlərin əmələ gətirdiyi ən böyük quruluşdur. Rif quruluşu mərcan polipi olaraq bilinən milyardlarla kiçik orqanizm tərəfindən yaradılmışdır. Rif geniş canlı çeşidliyinə ev sahibliyi etməkdədir və 1981-ci ildə Dünya Mirasları sırasına alınmışdır.
11 İyun 1770-ci il tarixində Kapitan James Cook tərəfindən “Endeavour” adlı gəmisinin rif quruya çıxmasıyla birlikdə kəşf edilmişdir. Ziyan alan gəmini batmaqdan qurtara bilən Cook və qrupu, indiki vaxtda Cooktown, Queensland olaraq bilinən bölgədə gəmilərini sahilə daşımağı bacararaq xilas etmişlərdir. Gəminin təmiri yeddi həftə davam etmişdir və daha sonra Cook ilə qrupu səfərlərinə davam etmişlər.
Böyük Sədd Rifi, özünə xas həyat müxtəlifliyinə malikdir. Mink balinası, donqar balina və mavi balina kimi bir çox balina, və dugong kimi soyu təhlükədəki bir çox dəniz məməlisi, 6 növ dəniz tısbağası və 1 milyondan çox balıq, mərcan, köpəkbalığı, vatoz, meduza v s. növü Böyük Sədd Rifinin canlı aləmidir.