Bruksizm – diş qıcamaq və ya diş sıxma olaraq bilinən, güclü çənə hərəkətlərinin səbəb olduğu tez-tez rast gəlinən bir vərdişdir. Çox vaxt vərdişin kənarına keçib, ciddi bir problem halına gələ bilər. Yetkin fərdlərin 50-96%, uşaqların isə 15%-i bu problemlə qarşılaşır. Ümumiyyətlə, yuxu əsnasında yaranır və ağrıyanadək adamın bundan xəbəri olmur. Bruksizmin səbəblərinə baxıldığında, daha çox romantik, içinə qapalı deyə biləcəyimiz stressli insanlarda, rəqabətçi, aqressiv, vasvası insanlarda görülür. Stress və şəxsiyyət quruluşu xaricində, bu narahatlığa “Malokluzyon” yəni dişlərin düzülüş və sıralanmasındakı nizamsızlıq da səbəb olaraq göstərilməkdədir.Bruksizm xəstələri səhər qalxanda oynaqlarda, çeynəmə əzələlərində ağrı, baş və boyuna yayılan hətta, belə təsir edən ağrılar, qulaq ağrısı, yorğunluq, udqunma çətinliyi, dişlərdə ağrı və ya həssaslıq və çənə hissəsində səs şikayətləriylə həkimə müraciət edirlər. Gün içində yaşanan çətinliklər, gərginlik və stress adamın gecə gözəl bir yuxu çəkməsinə mane olduğu kimi, bir sonrakı günə də yorğun və ağrılarla başlamasına səbəb olur. Çənə əzələlərimiz olduqca güclü olduğundan bu sıxma və qıcamalar dişlərimizlə birlikdə, bədənimizdəki bir çox nöqtəyə də pis təsir edir. Bruksizm vərdişi dişlərdə yerindən oynama, aralanma, həssaslıq və qırılmalara; dözülməz baş, boyun və bel ağrılarına; üz əzələlərində və oynaqlarında ağrılara səbəb olmaqdadır.