UNESCO “Dünya İrsi Siyahısı”nı genişləndirdi. 43-cü dəfə keçirilən bu böyük tədbir ölkəmizdə baş tutdu. Bakıda keçirilən dünyanın fərqli ölkələrindən 29 təbii və mədəni nümunələr Dünya İrsi siyahısına salınıb. Hal-hazırda siyahıda 1 121 irs yer alır.

Avstraliya, Budj Bim vulkanı

Sönmüş bu vulkan 6 iyul 2019 tarixindən etibarən rəsmi olaraq UNESCO-nun adıçəkilən siyahısında yer aldı.

Azərbaycan, Şəki Xan Sarayı

Şəkidə yerləşən bu abidə muzey kimi fəaliyyət göstərir. Saray ölkədə ilk xanlığın təməlini qoyan Hacı Çələbi Xanın nəvəsi Hüseyn Xanın dövründə 1761-1762-ci illərdə inşa edilib. Hüseyn Xanın şair olmağı və “Müştaq” təxəllüsü ilə tanındığı üçün bəzi mənbələrdə “Müştaq Sarayı” olaraq qeyd edilir.

Qala divarlarla əhatə olunan Şəki Xan Sarayı ikimərtəbəlidir, burada altı otaq, dördü dəhliz, iki şüşəli eyvan var. Sarayı fərqli edən inşaasında mismar istifadə olunmaması və divarlarındakı naxışlardır. Pəncərələrdəki şəbəkə naxışlar sarayın interyerinə xüsusilik qatır.

Bəhreyn, Dilmun Məzar Kurqanları

Təxminən 11 000 məzar kurqanından meydana gələn məkan 21 arxeoloji məskənə yayılıb. Tarixi qaynaqlara baxsaq e.ə 2050-1750-ci illər arasında inşa edilən bu qəbir kurqanları bölgə üçün eyni zamanda ticarət mərkəzi sayılır.

Brazilya, Paraty və Ilha Grande

Brazilyada yerləşən Paraty və Ilha Grande cənnətdən bir hissə kimi görünür. Bioloji aləmi ilə də bambaşqa bir dünyanı xatırladan yer bu səbəbdən UNESCO-nun “Dünya İrsi” siyahısında daxil edilib.

Burkina Faso, Antik Dəmir Obyektlər

“Şərəfli insanların diyarı” mənasına gələn Burkina Faso xüsusilə Fransanın uzun müddət əsarətində qaldıqdan sonra, nəhayət, müstəqillik qazanıb. Ancaq, ölkənin başı üzərində hələ də qara buludlar var. UNESCO siyahısında yer alan bu antik dəmir obyektlər 2900 yaşındadır.