İmtina etdiyimiz, istifadəsini ikinci sıraya atdığımız gümüşün insan orqanizminə təsirləri haqqında, onun faydalarının niyə gizlədildiyi barəsində bilmək istəyirsinizsə, məqaləni oxumağa davam edin. 🙂
Qədim zamanlarda insanların xəstəlikdən qorunmaq üçün müalicə məqsədi ilə istifadə etdiyi gümüş son dövrlərdə öz aktuallığını itirmişdir. Gümüşün faydaları Sezarın vaxtından bilinirdi. Romalılar gümüş qırıqlarını yaraları, yanıqları müalicə etmək üçün, yunanlar isə şərab və su qablarını bakteriyalardan təmizləmək üçün istifadə edirdi.
XIV əsrdə Avropada yaşayanların 25%-i qara vəbaya yoluxarkən, bu xəstəliyin təsir etmədiyi adamlar qaraçılar idi. Onlar gümüşü damara vurula bilən şəklə salıb istifadə edirdilər. Gümüş hansı təsiri ilə insanlar vəbadan ölən zaman qaraçıları bu xəstəlikdən qoruya bilmişdi?
Gümüş ionlarının ən mühüm özəlliklərindən biri antibakterial olmasıdır və tərkibində toksik maddələr çox aşağıdır. Bütün bunlarla yanaşı, gümüş tez reaksiyaya girən metal olduğu üçün zəhəri də tez müəyyən edir. Yaralarda, yanıqlarda istifadə olunur. Həkimlər gümüşün bu faydalarını bilirdilər, xəstələrinə yemək zamanı gümüş boşqabdan, qaşıq, çəngəldən istifadə etmələrini deyirdilər. Zəhərlənməkdən, sui-qəsddən qorunmaq üçün dövlət adamları da gümüş qablardan istifadə edirdilər. Gümüş 450 növ bakteriyanın DNA-nı pozaraq yox edə bilən tək elementdir. İndiki dövrümüzdə də bir çox xəstəliklərin yayılmasının qarşısını alacaq maddədir.
Bəs nə baş verdi ki, gümüş həyatımızdan çıxarıldı?
Bu qədər faydası olduğu halda niyə hal-hazırda orqanizmimizə bu elementi qatmırıq? Bu sualın cavabı mövzunu İkinci Dünya Müharibəsi dövrünə aparır.
O dövrdə xəstəliklərin və yaraların müalicəsi üçün kəşf edilən penisillin sintetik olaraq istehsal olunmağa başladı. Beləcə, tibbdə patenti alınmış sintetik dərmanlarla böyük dərman şirkətlərini varlandıran yeni bir dövr başlayır. Bu şirkətlər patentini almadığı heç nəyi sata bilməzdilər, təbiətdə olan maddələr patentləşdirilmədiyi üçün gümüş həyatımızdan çıxarıldı, daha doğrusu, onu sintetik penisillin əvəz etdi.
1906-cı ildə bütün dərman şirkətlərini alan Rokfeller gümüşün dərman satışının qarşısını alacağını düşünmüşdü. Bu səbəbdən, bütün tibb fakültələrində gümüş suyu mövzusunun keçirilməməsini bildirmişdi.
Bir çox insan gümüş elementinin faydalarından istifadə edə bilmir. Son olaraq qeyd edək ki, tərkibində gümüş ionları olan tək qida məhsulu qozdur.