Filləri çox sevirəm! Uğur gətirildiyi deyilir və hər səyahət etdiyim ölkədən anam üçün kiçik fil suvenir alıram. Əslində batil inanclara inanmasam da, buna çox inanıram və bu şəkər heyvanlara qarşı xüsusi simpatiyam var. Fərqli canlılardır və fillər haqqında bilmədiyiniz maraqlı məlumatları sizinlə paylaşacam.

  • İngilis dilində olan fil sözü yunan mənşəlidir və tərcüməsi fillərin rəngi deməkdir (ivory)

  • Dünyada 3 fərqli növ fil vardır: Afrika Savana filləri, Afrika meşə filləri və Asiya filləri

  • Afrika və Asiya fillərini bir birindən fərqləndirmək çox asandır. Afrika fillərinin qulaqları iridir və Afrika qitəsi formasındadır. Asiya fillərinin qulaqları isə nisbətən kiçikdir və Hindistana bənzəyir.

  • Fil dünyada ən böyük məməli heyvandır. Bununla bərabər mayalanma müddətləri də ən uzun olan canlıdır. Dişi fil 5 ildə 1 dəfə bala verir və hamiləlik müddəti 22 aydır.

  • Fillərin dişləri hər zaman böyüyür. Onların dişlərinə baxıb, çox şeyi müəyyən etmək olar. Afrika fillərində həm dişi, həm də erkək də dişlər uzansa da, Asiya fillərində sadəcə erkəklərdə fillər uzanır.

  • Onlar gündə 12-18 saatlarını ot, meyvə və s. yeməyə həsr edirlər. Bununla da daha çox ifraz edirlər. Tonlarla olan ifrazatları isə ağaclar və başqa bitkilər üçün təbii gübrədir.

  • Fillər özləri üçün təbii günəş kremi hazırlayırlar. Suda çiməndən sonra palçıqla üzərlərini örtürlər.

  • Fillər gəzə və tez yürüyüş edə bilirlər, ancaq onlar hoppana bilmirlər.

  • Dişi fillər ailə kimi bütün dişi fillərlə birlikdə yaşasalar da, erkək fillər hər zaman subay həyatı sürürlər.

  • Fillər heç vaxt unutmur. Onların yaddaşı var və hətta itirdikləri ailə üzvlərinə görə kədərlənə bilirlər.

Ümid edirəm, maraqla oxuyacağınız yazı oldu. Son zamanlar vəhşi təbiətdə yaşayan heyvanların başı dərddədir. Sizlərdən çox xahiş edirəm ki, heyvanlara qarşı mehriban olun, heyvanların istifadə edildiyi məhsulları almayın. Fil sümüklərinə görə onları öldürürlər və hal hazırda fillərin başı insanlara görə dərddədir. Hamımız bu planetin insanlarıyıq! Sevək ətrafımızı!


Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry