İnanılmaz olsa da, elmi araşdırmalar göstərmişdir ki, gülüş soyuqdəymə, ürək-damar xəstəlikləri və miqrenə qarşı ən güclü profilaktik vasitələrdən biridir. Daha dəqiq desək isə, hər fürsətdə gülsəniz, orqanizminizdə bu kimi dəyişikliklər baş verəcək:

  1. Ürək-damar sistemi yükü yüngülləşəcək

Araşdırmalar göstərmişdir ki, tez-tez gülən insanların ürək-damar sisteminin fəaliyyəti tənzimlənir. Beləliklə, orqanizm güclənir və sakitləşdir. Odur ki, əsəb və stress güc gələndə gülümsəməyin.

  1. Stess meydanı tərk edəcək

Təbəssüm və gülüş kortizol, epinefrin, noradrenalin kimi stress hormonlarını məhv edir. Nə qədər çox gülsəniz, xroniki stressin yaranmasını o qədər önləyəcəksiniz. Xroniki stress isə artıq çəki, miqren, həzm və dəri xəstəliklərinə səbəb olur.

  1. Xoşbəxtlik hissi yaranacaq

Yalançı gülüş belə, həqiqi gülüş kimi endorfin ifrazına səbəb olur və beləliklə əhvalımız yaxşı tərəfə dəyişir.

  1. Ağrılar aradan qalxacaq

Yuxarıda sözü gedən endorfin, həm də sakitləşdirici və ağrıkəsici təsir göstərir. Bu təsir keçmiş zamanlarda əməliyyatlarda narkoz kimi istifadə olunan opiatın verdiyi təsir ilə eynidir.

  1. İmmunitetiniz güclənəcək

Təbəssüm nəticəsində orqanizmimiz leykosidlər buraxmağa başlayır. Leykosidlər isə orqanizmi virus və bakteriyalardan qoruyur. Uşaqların iştirakı ilə aparılmış araşdırma göstərmişdir ki, təlxəklər ilə vaxt keçirən və müntəzəm olaraq komediya janrında multfilmlərə baxan uşaqların immuniteti digər uşaqların immunitetindən daha güclüdür.

  1. Yuxusuzluq problemi yox olacaq

Yatmağa çətinlik çəkir, gecələr tez-tez oyanırsınızsa, yatmadan bir komediya janrında filmə baxın. Beləliklə, yuxunuzun keyfiyyəti düzələcək: tez yuxuya gedəcək, dərin və rahat yatacaqsınız.

  1. Yaddaşınız güclənəcək

Loma-Linda Universiteti 60-70 yaş arası könüllülərin iştirakı ilə araşdırma aparmışdır. Könüllülərə üzərində mətnlər olan kartlar paylanmışdı. Onlar kartda yazılan mətni oxumalı və yadda saxlamalı idi. Daha sonra könüllüləri 2 qrupa ayırdılar. Bir qrup sadəcə istirahət edir, digəri isə gülməli çarxlara baxırdı. 20 dəqiqə sonra bütün könüllülərdən kartda yazılan mətnin məzmununu soruşdular. Məlum oldu ki, gülməli çarxlara baxan könüllülər digərlərindən 2 dəfə daha çox məlumatı yaddaşına verə bilmişdir.

  1. Həyatınız uzun olacaq

Wayne Dövlət Universitetinin apardığı araşdırma göstərmişdir ki, tez-tez gülən insanların uzunömürlü olmaq ehtimalı 70%, digərlərinin uzunömürlü olmaq ehtimalı isə 50%-dir. Bu faktın ortaya çıxmasına köhnə fotolar kömək etmişdir. Fotolarda gülümsəyən və gülümsəməyin insanların talehi araşdırılmış və təbəssümün uzunömürlülüklə əlaqəsi sübut olunmuşdur.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry