Ümumi olaraq, daha az hərəkət edirik, ancaq sağlamlığımız və düzgün çəkiyə sahib olmağımız üçün gündəlik idmanla məşğul olmağımız mütləqdir. Əgər hələ də tənbəllik edirsinizsə, hər gün gəzməklə bədəninizdə baş verən dəyişiklərə nəzər salmağınızı tövsiyyə edirəm!

Gündə ən az 15-30 dəqiqə tez-tez yürüyüş etməyimiz lazımdır. Bu bizim daha pozitiv olmağımıza səbəb olacaqdır.

Yaxşı yaddaş və görmə qabiliyyətinə sahib olmaq istəyirsinizsə, yenə də gündə bir dəfə gəzməyimiz lazımdır.

Ciyərlərimiz daha yaxşı nəfəs almağımıza köməklik göstərəcəkdir. Ürək sağlamlığı üçün də gəzinti zəruridir.

Mədə bağırsağın fəaliyyətinə yaxşı təsir göstərir. Bununla da çəkimizi sabitləşdirməyimiz rahatlaşır.

Əzələlər hərəkət etdiyi üçün daha sağlam hiss edəcəksiniz. Beləliklə, daha rahat olacaqsınız.

Əsəb sisteminiz normallaşacaq və daha sakit hiss edəcəksiniz.

Hə, nə deyirsiniz? Bugündən gəzintiyə çıxmağa hazırsınız?