Sirklər ilk dəfə Antik Roma zamanında, səyahət edə bilməyən qərblilər üçün ekzotik heyvanların sərgilənməsi və əyləncə məqsədiylə ortaya çıxmışdır. Zoopark mədəniyyəti isə minlərlə il əvvəl, Çin İmperatorluğu zamanında yaranmışdır.

Bir çoxumuz uşaqlıqda ya məktəb gəzintisi ilə, ya da ailə ilə birlikdə ən azı bir dəfə zooparka getmişik. Ümumiyyətlə uşaqlara vəhşi təbiəti yaxından göstərmək və tanıtmaq üçün bizləri bu həbsxanalarda gəzdirən böyüklərimiz o zamanlar onların zooparklarda nə qədər əziyyət çəkdiyini işıqlandırmağı düşünməmişdi. Bu səbəbdən biz ordakı heyvanların nə qədər əziyyət çəkdiyini göstərmək adına bu siyahımızdakı səbəbləri sıraladıq.


1. Heyvanlar təbii həyatlarından çox uzaq qalırlar.

Tamamilə süni bu mühitlərdə yaşadılmaya çalışılan heyvanlar instinktlərini unudacaq hala gəlirlər. Bu səbəbdən, vəhşi bir heyvanı qəfəsində boş-boş dayanarkən seyr etmək o heyvanı tam mənasıyla tanımağa kifayət etmir. Bir pələngi və ya ayını öz təbii mühitində görmədiyimiz müddətcə onun həyatını və xüsusiyyətlərini anlamaq mümkün deyil və təbii ki, qəfəs mühitində də o heyvanlara bu fürsət təqdim edilmir.


2. Zooparklar əsarətdir.

Bir canlının əyləncə kimi sadə bir məqsəd uğruna qəfəsə qoyulması haqsızlıq deyilmi? Ehtiyacları olan hərəkət sahəsini məhdudlaşdıran bu qəfəslərə heyvanlar məhbus edilirlər.


3. Heyvanlar özlərini ifadə edə bilmirlər.

Heyvanlar insanlardan daha çox müdafiə olunmağa ehtiyac duyan canlılardır, çünki özlərini ifadə etmə imkanları yoxdur. Fiziki ağrını onlar da insanlar qədər hiss edir və hətta stress, ağrı-acı kimi duyğuları bizlərdən daha güclü şəkildə yaşayırlar, amma izah edə bilmirlər. Şüurlu insanlar olaraq bizlər heyvanlar üçün zülmdən ibarət bu müəssisələrə qarşı mübarizə aparmalıyıq.


4. Zooparklar insan eqoistliyinin şah əsəridir

İnsanların əyləncəsi və ya digər mənfəətləri üçün başqa bir canlının həyatından istifadə etmək eqoizm və zalımlıqdır. Bap-balaca sahələrə sırf biz gedib seyr edək deyə həbs edilən o canlılara bu mühitlərin əslində heç bir faydası yoxdur.


5. Eyni vəziyyət quş bağçalarına da aiddir.

“Quş kimi azad olmaq” deyimin mənimsəyib, zavallı quşları uşaqlar izləyib sevinsin deyə barmaqlıqlar ardına qoymaq nə qədər doğru və ədalətlidir? Bundan əlavə sözümüz evində qəfəsdə quş bəsləyən “heyvan sevərlər” üçün də etibarlıdır.


6. Sirk əyləncə deyil işgəncə mühitidir.

Sirklərdə heyvanları əhilləşdirmək məqsədiylə, dayaqla və ya ac-susuz buraxılaraq işgəncələr verilir. Bu məkanlarda heyvanlara təlim adı altında instinktlərini və təbiətlərini unutmaları üçün qamçı, qarmaqlar kimi alətlərlə işgəncələr tətbiq olunur.


7. Heyvanların bədənlərinə istəmədikləri dərmanlar verilir.

İnsanların etibarlı bir şəkildə bu vəhşi təbiət canlılarını izləməsi və nəzarətçilərin heyvanları daha asan idarə edə bilməsi üçün heyvanlar dərmanlarla keyləşdirilirlər. Bu səbəbdən stress altında qalan heyvanlar həm psixoloji, həm də fiziki sağlamlıq problemləri yaşadıqları üçün yenə dərmanla müalicə olunmaq məcburiyyətində qalırlar.


8. Vəhşi heyvanların necə tutulub zooparklara gətirildiyini düşünmüsünüzmü?

Təbii həyat sahələrindən qoparılıb, zooparklara gətirilən bu yazıq heyvanları razı salaraq gətirmirlər təbii ki.. Bəzən tək bir aslanı, ayını və ya antilopu tutub gətirə bilmək üçün bir çox heyvan tutulma əsnasında ya da səfər əsnasında tələf olur.


9. Heyvanlar daşınarkən çox ağır şərtlərə məruz qalırlar.

Travmatik bir şəkildə təbii həyat sahələrində tutularaq toplanan heyvanlar, şəhərlərə gətirilərkən bəzən günlərlə hətta həftələrlə davam edən səfər boyunca çətin və ağır şərtlərə qatlanmaq məcburiyyətində qalırlar.


10. Delfin hovuzları üçün də bu vəziyyət etibarlıdır.

Delfinlərin insanların ruhuna nə qədər müsbət təsir etdiyi kimi romantik cümlələri tez-tez eşidirik. Bəs “Delfinlər də eyni hissləri paylaşırmı” deyə düşünmüsünüzmü heç? Okean və dənizlərdən alınan bu canlıları kiçik, betondan hovuzlara həbs edib istəmədikləri şeyləri öyrədərək əyləncə vəsaiti edirlər. Delfinlər bildiyiniz kimi həqiqətən çox ağıllı heyvanlardır və yaşadıqları məhbusluğu və işgəncənin artması onları psixoloji cəhətdən incidir və nəhayət intihara sürükləyir.


11. Heyvanlar bizim oyuncağımız deyil.

Böyük və nisbətən daha doğru şəkildə idarə olunan zooparklarda heyvanların baxımları düzgün şəkildə aparılsa da, bəzi zooparklardakı yaşam şərtləri, onların qidalanması və baxımı heç ürək açıcı deyil.


12. Әylənmək istəyənlər üçün heyvansız sirkələr də mövcuddur.

Artıq bütün dünya heyvan haqqları mövzusunda həssaslıq göstərir, bu səbəbdən dünyanın bir çox ölkəsində heyvanlı sirklərin sayı olduqca azalmışdır. Yalnız insanların iştirak etdiyi və daha müvəffəqiyyətli sirklər mövcuddur.


13. Hələ də empati qura bilməyənlər üçün..

Əgər siyahını buraya qədər oxumusunuzsa və hələ də heyvan sərgilənən məkanlardan kifayət qədər narahat olmursunuzsa empati qurmağınıza bir az daha çox dəstək olaq. Bu bəxtsiz heyvanlarla eyni taleyi paylaşan insanların da bir dövrdə var olduğunu xatırladaq. Müstəmləkələrin məruz qalmış olduğu və insanların sərgiləndiyi bu canlı insan muzeyləri haqqında araşdırmalar aparmaq daha çox məlumat sahibi olmağınıza yardım edəcəkdir.