Dünya üzərindəki sərhədlər son 10 ildə hər zamankindən daha çox qalxmışdır. Bunun bir nəticəsi olaraq da şirkətlər tək bir ölkə ilə məhdudlaşmırlar. Müxtəlif bölgə və ölkələrdə işlərini genişləndirirlər. Araşdırmalarda isə həmin bu beynəlxalq iş sahələrində qadınların, kişilərə nisbətən daha az çalışdığı diqqəti cəlb etmişdir.

Qadınların yalnız 20/100-si beynəlxalq işlərdə vəzifə alır. Məsələn nümunə göstərsək, hər hansı bir Amerika şirkətinin Almaniya ofisində çalışanların böyük hissəsi kişilərdir. Bunun başlıca səbəbləri arasında şirkətlərin tətbiq etdiyi siyasətlər yer alır. Ancaq başqa səbəblər də vardır. Məsələn araşdırmaya qatılan qadınların təxminən üçdə biri özlərini beynəlxalq mövqelərdə görürlər.

Analıq iş səyahətlərinə manedirmi?
Bir digər əhəmiyyətli səbəb də ‘ana olma’ faktorudur. Qadınlar, uşaqları varsa yaşadıqları ölkədən başqa bir ölkəyə gedib orada işləməyə müsbət baxmırlar. Bir digər səbəbə görə isə işləyən qadınlar əgər evlidirlərsə və həyat yoldaşları da yaxşı gəlirə malikdirsə işləmək üçün uzaq ölkələri seçmirlər.

Problemlərdən bir başqası da gələcəyə dair düşüncələri ilə bağlıdır. Araşdırmaya qatılan işçilərin az qala yarısı, önümüzdəki iki il ərzində önlərinə daha yaxşı bir iş fürsəti gəldiyi zaman mövcud işlərini tərk edəcəklərini söyləyirlər.

Beynəlxalq şirkətlərin yüzdə 89’u iki il ərzində beynəlxalq çalışan sayını artırmağı planlaşdırır. Bu da yaxın gələcəkdə kişilər üçün olduğu kimi daha çox qadın üçün də fərqli ölkələrdə vəzifə alma ehtimalının artması mənasını verir.