İzləyicilərimizdən biri arıqlamaq üçün olan postumuzun altına yazıb bildirmişdi ki, kökəlmək üçün də yazı hazırlayaq. Biz heç onları diqqətsiz qoyarıq? Araşdırdıq və budur: Ümid edirəm, köməyi dəyəcək bir yazı olacaqdır 🙂

İlk öncə qeyd etmək istərdim ki, çəkiniz və yağ kütləniz normasındadırsa deməli sizə kökəlmək yox, əzələni gücləndirmək lazımdır. Ümumiyyətlə, sağlam kökəlmək istəyirsinizsə idmanla məşğul olmaq mütləqdir. Yağlı, duzlu və ya şirin şeylər yeməklə kökəlməyiniz sağlamlığınız üçün təhlükəlidir. Ona görə idman etməyə başlayın və qeyd etdiyimiz qidaları gündəlik menyunuza əlavə edin.

Gündəlik menyunuzda hər zaman protein olsun!

Yumurta, balıq, ət, toyuq əti yeyə bilərsiniz. Ürəyiniz istədiyi formada yeməyiniz mümkündür, ancaq daha sağlam qalmaq üçün qızartma yeməməyə diqqət edin. Protein əzələ kütləsinə yaxşı təsir edir və idmanla birlikdə sizə daha düzgün bədən quruluşu yaratmaqda kömək edəcəkdir.

Süd için!

Gündə bir stəkan süd için. Heyvan südündən əlavə soya südü və ya badam südü də xeyirlidir. Süddən özünüzə başqa dadlı içkilər də hazırlaya bilərsiniz. Bu shake reseptlərini bəyənəcəyinizə ümid edirik. İdmandan əvvəl və ya idmandan sonra qəbul edə bilərsiniz.

Şokoladlı – bananlı shake: 1 stəkan süd, 120 qram acı şokolad, 1 ədəd banan və 1 qaşıq hər hansı bir çərəzin yağı (fıstıq və ya fındıq yağı ola bilər). Bunları qarışdırıb için. Nuş olsun!

Vanilli – meyvəli shake: 2 stəkan süd, 1 stəkan kənd qatığı, 1 stəkan müxtəlif dadlı giləmeyvələr, 1 ədəd də vanil əlavə edə bilərsiniz. Bu dadlı içki əhvalınızı da yaxşılaşdıracaq!

Tərəvəz və paxlalıları unutmayın!

Avakado və başqa tərəvəzlər yeyin. Bundan əlavə lobya, noxud və bu kimi başqa paxlalılarla da menyunuzu zənginləşdirin.

Ümid edirik, araşdırdığımız bu üsullar sizə istədiyiniz nəticəni verəcək. Ancaq unutmayın ki, sağlam qalmaq üçün hər zaman hərəkətdə olmaq və yaxşı qidalanmaq lazımdır!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂