Singapur’lu adsız körpə

Bu körpə, gözləri bağlanmış şəkildə Sinqapurda bir parkda, ağacın kənarında tapılmışdır. Öz-özünə yer dəyişdirdiyinə inanılan bu Singapurlu oyuncaq körpə, 2015-ci ildə saxlanıldığı yerdən yenidən itmişdir. Hal-hazırda harada olduğu bilinmir. Oyuncaq körpə öz-özünə yer dəyişdirdiyi üçün, köhnə sahibi, bir daha onu tapa bilməsin deyə oyuncaq körpənin gözlərini bağlamışdır. Deyilənə görə bu göz bağını kim açsa, oyuncaq körpə onu təqib edəcəkdir. Ayrıca, oyuncaq körpədən ara-sıra 30 yaşlarında bir qadın səsinin gəldiyi də deyilir.


Okiku

Hal-hazırda Yaponiyada bir məbəddə sərgilənən Okiku, 1918-ci ildə bir oğlan uşağı tərəfindən xəstə bir qıza hədiyyə edilmək üçün satın alınmışdır. Balaca qız, oyuncaq körpəyə sahib olduqdan təxminən bir il sonra xəstəliyinə məğlub olmuş və həyatını itirmişdir. Qızın ölümündən sonra, Okiku körpəsinin normalda çiyinlərində olan plastik saçları uzanmağa başlamışdır. 100 il ərzində, bu saçlar oyuncaq körpənin dizlərinə qədər uzanmışdır…


Elmo

Məşhur cizgi filminin qəhrəmanı Elmo’nun, oynayan uşağın adını söyləyən oyuncaqları 1996-dan bəri uşaqların xidmətindədir, ancaq 2008-ci ildə satın alınan bir oyuncaq, internetdə çox insanın marağına səbəb olmuşdur… Bowman ailəsinin oğlu James’ə aldıqları Elmo oyuncağı, batareyaları bitənə qədər olduqca problemsiz şəkildə işləyirdi, amma batareyaları dəyişdikdən sonra Elmo oyuncağı, Ceymsin adını söyləyərkən əvvəlinə bir söz daha əlavə etməyə başladı: ‘Kill James’ (Ceymsi öldür). Hətta daha sonralar əlavə olaraq bir cümlə də söyləməyə başladı: Who wants to die? (Kim ölmək istəyir?) Bu hadisənin internetdə yayılmasından sonra istehsalçı firma Bowman ailəsinə oyuncaq körpəni dəyişmək üçün müraciət edib təzminat təklif etmişdir.


Joliet

Oyuncaq körpə Joliet, hal-hazırki sahibinin ulu nənəsinə qısqanc bir dostu tərəfindən hədiyyə edilmişdir. Joliet’in ailəyə girməsinin dərhal ardından, ailədəki hər qadının 2 uşağı olmuşdur: bir qız və bir oğlan. Oğlan uşaqları isə hər səfərində; doğumlarının 3-cü günündə həyatlarını itirmişdir. Ailənin fərdləri, neçə nəsildir Joliet’in olduğu otaqda fərqli oğlan uşaqlarına aid səslər, hətta ümumiyyətlə qışqırıqlar eşidildiyini iddia edirlər …


Emilia

İlk olaraq 1800-cü illərin sonlarında İtaliya padşahına hədiyyə edilən Emilia, dünyanın ən köhnə lənətli oyuncaq körpələrindən biridir. Kral, ölümündən bir müddət əvvəl Emilia’nı yaxın bir dostuna əmanət etmişdir. Dostu da Emilia’nı balaca qızı Marie’ya vermişdir.. Marie, oyuncaq körpəsini çox sevmişdi. O qədər çox sevmişdi ki, 2-ci Dünya Müharibəsi əsnasında Marienin baxıcısı Emilia’nı partlamadan xilas etməyə çalışarkən həyatını itirmişdi. O günkü partlamada oyuncaq körpə Emilia’nın səs qutusu və gözlərini hərəkət etdirməyinə yardım edən sistemi tamamilə pozulmuşdu. Bütün sistemləri pozulmasına baxmayaraq 2-ci Dünya Müharibəsindən sonra, Emilia’nın hər gecə gözlərini açıb bağladığı, bəzən də İtalyan dilində ağlayaraq anasına səsləndiyi iddia edilir..