“Siena Beynəlxalq Foto müsabiqəsi”nə 156 ölkədən minlərlə şəkillər göndərilmişdir. Hər il müxtəlif kateqoriyalardan fotolar yarışır. Bu dəfə “Rənglərin sıçrayışı” adı altında 11 kateqoriyada işlər təqdim edildi. Burada təbiət rənglərindən tutmuş, ağır idman məşqlərinə qədər olan müxtəlif şəkilləri görə bilərsiniz. Bu gözəllikləri sizlərlə paylaşmaq istədim. İnsanlar çox rənglidir, fərqlidir! Məncə bu şəkillərdən sonra siz də dediklərimlə razılaşacaqsınız!
Duyğuların paylaşımı (Möhtəşəm üzlər və xarakterlərə görə mükafata layiq görülmüşdür)
Fasilə, İndonesia (Möhtəşəm üzlər və xarakterlərə görə mükafata layiq görülmüşdür)
Əriştə (noodle) fabrikində insanlar hər gün ağır iş rejimində işləyirlər. Bu adam da işlədikdən sonra bir az dincəlməyə vaxt tapıb. Onun üzündəki yorğunluq iş şəraiti haqqda hər detalı bizə ötürür.
Kubalı Tropicana rəqqasə Joana nənəsi ilə (Möhtəşəm üzlər və xarakterlərə görə mükafata layiq görülmüşdür)
Döyüş Qurbanı, Banqladeş (İlin Şəkli)
Myanmarda olan vəhşilikdən sonra o çox böyük travma alıb. Bir gecə öncə o, ailəsi ilə birlikdə qaçqın düşərgəsinə gəlmişdir.
İç, Çin! (Möhtəşəm üzlər və xarakterlərə görə mükafata layiq görülmüşdür)
Su problemləri olan kiçik kənddə balaca oğlan krandan su içir.
Balaca Nenets Nedko, Rusiya (Səyahətlər və macəralar kategoriyasında mükafat qazanmışdır)
Rusiyanın Şimalında çox fərqli insanlar yaşayır. 21-ci əsr olmağına baxmayaraq onlar öz adət ənənlərini qoruyurlar və təbiətə qarşı çox həssas yanaşırlar.
Əl işləri ilə uşaqlar, Efiopiya (Möhtəşəm üzlər və xarakterlər kateqoriyasında birinci yer)
Efiopiyada olan Suri qəbiləsi uşaqlara qarşı həddindən çox qoruyucudurlar. Bu əl işlərini onların azadlıqları üçün barmaqlıq olaraq düşünün! Gənc insanlar Suri qəbiləsinin gələcəyə ümididir, ancaq həddən artıq olan bu qoruma onları dünyadan kənarda saxlaya bilər.
Üzən market, İndoneziya (Rənglərin sıçrayışı – 1-ci yer)
Səhər tezdən hər kəs satacağı məhsulla qayıqlarda üzməyə başlayır. Bu adət çox qədimdir.
Əkizlərin Gimnastika Arzusu (Hekayələr kateqoriyasında 3-cü yer)
Bu əkizlərin hər gün olan məşqlərini çəkməyə başladım. Onların günlük elədikləri fərqli idmanlara fərqli reaksiyaları olurdu.
Pulsuz Sərnişinlər (Səyahətlər və macəralar kateqoriyasında mükafat)
Rənglərin oyunu, Hindistan (Rənglərin sıçrayışı – 2-ci yer)
Hər il yazın gəlişində keçirilən, sevgi və xoşbxətlik bayramı Holi Festivaldan görüntü.