Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

İnsanlar hər zaman fərqli olmaq istəyir. Önəmli olmaq, özəl hiss etmək bizlər üçün vacibdir. Məsələn, paltar alanda xüsusi olaraq bizə hər hansı endirim verilsə və ya təyyarədə bizə baqajımızda əlavə olan kilo üçün ödəniş alınmasa biz daha yaxşı hiss edərik. Adi içdiyimiz qəhvənin üzərində adımızı qeyd edəndə belə sevinirik.

Bundan əlavə iş yerimizdə, vəzifəmizdə, ailəmizdə, dostlarımızın içində önəmli olduğumuzu hiss etmək istəyirik. Bəs niyə bu belərdir?

Psixoloqların araşdırmasından belə bəlli olub ki, insanların önəmli olmağı istəmək səbəbləri bir neçə dənədir.

Birincisi budur ki, biz kiçik yaşlarımızdan özəl olduğumuzu hiss edirik. Hər zaman valideynlərimiz bizi əzizləyir, bizim fərqli olduğumuzu bizə aşılayır. Bu da insan eqosunu daha da bəsləyir. Bundan sonra biz hər kəsdən bu münasibəti gözləyirik. Düşünürük: Axı anam mənim hamıdan fərqli olduğumu deyir? Ancaq unutduğumuz bir məqam var- Hamının anası ona bu sözü deyir!

Ümumiyyətlə önəmli hiss etmək istəməyimizin əsas səbəbi eqomuzdur. Sadəcə bu eqo hər dəfə fərqli səbəblərə görə formalaşır.

İkincisi isə yetəri qədər sevgi görməməkdən əmələ gəlir. Problemli ailələrdən olan uşaqlar böyüyəndə özlərini sübut etmək istəyir. Belə olduqda, onlar hər hansı bir vəzifə sahibi olduqda bütün güclərindən istifadə edərək özlərini göstərməyə çalışırlar. Bu daha pisdir! Çünki, bu insanlar başqalarını əzərək eqolarını doyururlar…

İnsanların xasiyyətlərində hər zaman əksik tərəflər olur. Bunları qəbullanmaq lazımdır. Bu dediyim özünü özəl hiss etmək də hamımızda var. Bunun bir həll yolu var. Nədir?

İnsanlar hər zaman sevib sevilmək istəyir. Ona görə də sağlam ruha sahib olmaq üçün sevin və bu problemlərin hamısından azad olun!

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂