Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

Bu məqalənin müəllifi olan qadın- Bronni Vea uzun müddət idi hospisdə (xəstəliyin son mərhələsində sağalmaz xəstələrə palliativ köməyin göstərilməsi üçün tibbi-sosial müəssisə) işləyirdi. Onun vəzifəsi —  son günlərini və ya saatlarını keçirən xəstələrin yanında olmaq, vəziyyətlərini sadələşdirmək idi. O öz müşahidələrindən həyatının sonuna yaxınlaşmış insanların əsas təəssüflərinin siyahısını tərtib etdi.

Bu material – həyatının sonuna günlər, hətta saatlar, dəqiqələr qalan insanların təəssüflərinin məcmusudur.

Bunu oxuyun və düşünün: bəlkə siz əhəmiyyətli nəyisə qaçırırsınız?

  1. Mən təəssüflənirəm ki, həyatı yaşamaq üçün cəsarətim yox idi.

Bu insanlar arasında ən çox yayılmış təəssüfdür. İnsanlar dərk edəndə  ki, onların həyatı demək olar ki, bitib, geriyə baxıb reallaşmamış xəyallarını asanlıqla görə bilirlər. İnsanların əksəriyyəti gec də olsa xəyallarının yarısını yerinə yetirməyə cəhd edirlər, hətta bilərək ki, xəyallarının reallaşmaması onların atdıqları və ya atmadıqları addımların nəticəsində alındı.

Reallaşdırmağa çalışmaq çox əhəmiyyətlidir, ən azından sizin əsas arzularınızdan bəziləri öz həyat yolunuzdadır. Sağlamlığınızı itirdiyiniz andan etibarən, nəyəsə təşəbbüs etmək üçün çox gec olur. Sağlamlıq, hələ var ikən, nadir insanların anladığı azadlığı gətirir.

  1. Mən təəssüflənirəm ki, çox işləyirdim.

Bu hiss qayğısına qaldığım hər bir kişi pasiyentdə var idi. Onlar öz cavanlığı və öz münasibətləri üçün darıxırdılar. Bəzi qadınlar da həmçinin bu təəssüfü dilə gətirirdilər, amma bir halda ki, onların əksəriyyəti böyük nəsil idi, onlar əsasən, ailə üçün vasitələrin qazanılmasıyla məşğul olmurdular. Bütün kişilər, dərin heyfsilənirdilər ki, həyatlarının çox hissəsini monoton əməyə xərcləyiblər. Öz həyat tərzlərini sadələşdirərək gəlirlərdə tələbləri azaltmaqla, həyatlarında daha çox sahə yaradaraq, yeni imkanlar üçün daha xoşbəxt və daha açıq ola bilərdilər.

  1. Mən təəssüflənirəm ki, hisslərimi ifadə etmək üçün cəsarətim yox idi.

Bir çox insanlar, başqalarıyla müəyyən münasibətləri saxlamaq üçün öz hislərini boğurdular. Nəticədə onlar adi mövcudluğa razılaşırdılar və heç vaxt öz simalarını görə biləcəkləri insanlarla qalmaq istəmirdilər. Çox xəstəliklərin yaranması acılığın və hiddətin sınanan hisləriylə bağlıydı.

Biz başqalarının reaksiyalarını idarə edə bilmərik. Hərçənd başlanğıcda insanlar münasibətləri özləri üçün arzu olunmayan obrazlara gətirəndə dəyişikliklərə reaksiya verə bilərlər, nəticədə, bu münasibətləri yeni daha sağlam səviyyəyə qaldırır. Hamısından yaxşı, həyatınızdan bu və ya digər sağlam olmayan münasibətləri uzaqlaşdırmaq üsuludur.

  1. Mən təəssüflənirəm ki, dostlarımla əlaqə saxlamırdım.

Bu insanlar həqiqətən, hətta öz köhnə dostlarıyla əlaqələrin saxlanılmasının xeyirini anlamırdılar və hələ ki onların ölümünə bir neçə həftə var idi, artıq onları axtarmağa imkanları yox idi. Çoxları öz şəxsi həyatlarına o qədər yüklənmişdilər ki, dostluq  çox illər onlardan yan keçirdi. O haqda çox dərin təəssüf var idi ki, dostluğa layiq olanlara o qədər vaxt və səy ayrılmamışdı. Hamı öləndə öz dostları üçün darıxır.

Aktiv həyat tərzi sürən istənilən insan dostluq münasibətlərinin mənasını çox kiçiltməyə meyllidir, amma nə vaxt ki, siz ölümün kəndarında dayanırsınız, həyatın maddi tərəfləri öz mənasını itirir. Əlbəttə, insanlar istəyirlər ki, onların maliyyə işləri ola bildiyi qədər yüksək səhmanda olsun, amma nə pul, nə də status nəticədə öz mənasını saxlamır. Onlar, sevdiklərinə hansısa bir xeyiri gətirmək istəyirlər, amma adətən onlar bu məsələnin necəsə öhdəsindən gəlmək üçün artıq çox xəstə və yorğundurlar.

  1. Mən təəssüflənirəm ki, daha xoşbəxt olmaq üçün özümə icazə vermədim.

Təəssüfün bu növü hər kəsə təəccüblü idi. Çoxları sonuna kimi anlamırdılar ki, onların xoşbəxtliyi seçim məsələsidir. Onlar vərdişlərə və təsəvvürlərə tabe edilmişdilər və həyat tərzinin adət olunmuş rahatlığının əsarətində idilər.

Nəticə:

Biz bir çox səhv edir, sonra isə peşman oluruq. Həddindən çox işləyir, həddindən az dincəlirik, çox səthi dostluq edir, bizimlə bir yerdə olmayan insanlarla bir yerdə olmaq üçün özümüzü çox həvəslə qırırıq.

Fikirləşin… Nə vaxt, siz sonuncu dəfə evə vaxtında gəlmisiniz?

 Nə vaxt siz həftə sonlarını dostlarla istirahətdə keçirmisiniz? və bu kimi onlarla suallar…

Ola bilər siz özünüzü əhəmiyyətli və lazımlı peşəkar kimi görürsünüz, amma gec-tez bu sizin əhval-ruhiyyənizə və işdəki effektivliyinizə təsir edəcək.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂