Origami – Kağız qatlamaq sənəti

94

Hər birimiz əmək təlimi fənnində kağızlarla işləyib nələrsə düzəltməyə çalışmışıq. Ancaq bilirsinizmi, kağızlarla işləmək özü bir incəsənətdir?

Kağızların qatlanaraq fiqur halına gətirilməsi “origami” adlanır. Origami yapon incəsənətinin bir hissəsi hesab olunur. Terminin adı yapon dilində “ori” və “gami” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yaponcadan “ori” qatlamaq, “gami” isə kağız deməkdir.

Origaminin bir fərqli cəhəti var ki, kağız kəsilmir, yapışqandan istifadə olunmur.

Kirigami adlanan əl işlərində isə qayçıdan istifadə olunur, ən çox çinlilər bu üsuldan istifadə edir.

Origaminin müxtəlif növləri də var.

1. Hərəkətli origami (action origami) – Adından da göründüyü kimi düzəldilən firuq hərəkət etdirilə bilir.

2. Modulyar origami – Bu növ həm də “3D origami” adlanır. Yəqin ki, artıq hansı formada olacaqlarını təsəvvür etdiniz.

3. Yaş qatlamaq – Bildiyimiz kimi quru kağızları istədiyimiz şəklə salmaq, çox qatlamaq çətin, bəzi hallarda isə mümkünsüz olur. Buna görə də, qeyd edilən növdə quru kağızdan deyil, nəm (yaş) kağızdan istifadə olunur.

4. Pureland origami – Bu növ origami 1970’ci illərdə John Smith tərəfindən yaradılıb. Dağların və çöllərin təsvir olunduğu növdür.

5. Origami tessellations – Adını Azərbaycanca tərcümə etmək biraz qəliz oldu.)) Origaminin bu növü 2000-ci illərdə məşhur olmağa başlayıb. Digərlərindən daha yaradıcı və fərqli sayılır.

6. Sonuncu növ yuxarıda qeyd etdiyim kirigami növüdür. Bu növdə kağızı kəsmək, yapışdırmaq olar.

Əgər siz özünüz origami düzəltmək istəsəniz, aşağı göstərilən linklərdəki videolara baxa bilərsiniz.

https://www.youtube.com/user/EzOrigami

Kanalı origami hazırlanması üzrə ən məşhur kanallardandır.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂