Pablo Escobar, Kolombiyanın kasıb bir kəndində anadan olmuşdur. Anası müəllim olan Pablo Escobar maşın oğurluğu ilə başladığı cinayət karyerasına 1970-ci illərdə kokainlə tanış olana qədər davam etmişdir. 1975-ci ildə isə Kartel öldürülərək krallığını elan etdi və tək başına dövlət olma hekayəsi bu zamanlarda başladı. Amerika narkotik ticarətinin 90%ini əlində saxlayan Pablo Escobar haqqında 15 maraqlı məlumat:



1. Escobar’ın ildə 1 milyon dollarını anbarda kokaini rahat buraxmayan siçanlar yeyirdi.


2. Qadınlara düşkün biri deyildi. Pulunu da, vaxtını da işinə sərf edirdi.


3. Kolumbiyalı maqazin jurnalına müsahibə verən oğlu, gizləndiyi dağ evində üşüyən qızını soyuqdan qorumaq üçün 2 milyon dolları yandırdığını söyləmişdir.



4. Pablo Escobar’ın ən böyük xəyalı Kolumbiyanın prezidenti olmaq idi. Pablo Escobar, universitet oxuya bilmədiyi üçün peşman olduğunu və “oxuya bilmədim, amma onları zəhərləyə biləcək gücə sahibəm.” sözlərini dilə gətirirdi.


5. Evinin bağçasında zoopark hazırlatdıran Escobar’ın begemotları belə vardı.



6. Escobar, doğulduğu yer olan Medellin’də metrolar xəstəxanalar, kasıblar üçün iqamətgahlar tikdirərək oranı Kolombiyanın ikinci böyük şəhəri etmişdir. Ona orada Robin Hood da deyirlər.


7. Escobar’ın bir adası, sualtı qayıqları, havalimanı və təyyarələri var idi.


8. Pablo, ilk ticarət məqsədli istifadə etdiyi təyyarəsini evinin qapısına yerləşdirmişdir.



9. Öldürülən hər polisə 3000 $ mükafat qoyan Escobar 400-dən çox polisi vətəndaşlara öldürtmüşdür.


10. Pablo Escobar, gizləndiyi şəhərdə yerini söyləməmələri üçün onu görən hər kəsə pul verirdi.


11. Pablo Escobar sırf əlindəki pulu paketləmək üçün hər il 2500 $ dəyərində paket rezini alırdı.



12. Escobar bütün məhkumların sərbəst buraxılması qarşılığında ölkənin bütün xarici borcunu ödəyəcəyini Kolumbiya hökumətinə çatdırmışdır, amma bu təklif qəbul edilməmişdir.


13. Forbes jurnalına da çıxan Escobar dünyanın ən zəngin yeddinci adamı olaraq narkotikdən qazandığı pulla siyahıdakı yerini almışdır.



14. Bütün mal varlığını kokainə borclu olan Escobar’ın heç kokain istifadə etmədiyi deyilir.


15. Pablo Escobar’ın kiçik bir həbs dövrü olmuşdur. Bütün işini görən Escobar həbsxananı yalnız yatmaq üçün istifadə edirdi.



Pablo oğluyla telefon danışığını uzatması səbəbindən Kolumbiya polisləri tərəfindən yeri təyin olunmuş və 2 dekabr 1993-cü ildə öldürülmüşdü. Ondan geriyə isə illərlə danışılacaq maraqlı həyat hekayəsi qalmışdır…