Çin , İndoneziya və Filippində rast gəlinən qədim bir ənənə – ölmüş insanlarını son mənzilə dünyada çox az adam tərəfindən bilinən bir üsulla uğurlayır. Ölü bədən mağaranın içində yandırılır, tabutları isə mağaranın xaricində asılır. Filippində yerləşən Sagada Dağlıq Bölgəsi , bu üsulu tətbiq edən nadir birliklərdən birinə ev sahibliyi edir. Sagadadakı divar məzarları yaşlılar üçün nəzərdə tutulmuşdur. Gənc ölümlərdə “torpağa basdırılma” tətbiq olunur, çünki gənclərin torpağa basdırılmaqdan ruhi bir fayda əldə edəcəkləri düşünülür. Digər tərəfdən tabutlar şəxsən, ölən kəslər tərəfindən, ölmədən əvvəl özləri üçün hazırlanır. Öldükdən sonra isə ölü, ailənin geydiyi ənənəvi rənglərlə geydirilir ki, gedəcəyi yerdə köhnə ruhlar tərəfindən tanına bilsinlər. Tabutun içindəki cəsədə “döl ” mövqeyi vermək isə yenə köhnə ənənələrin parçasıdır. Ayrıca ailə üzvləri yeni ölən birinin tabutunu daha yüksəyə asaraq, bədən mayesinin aşağıya axmasını təmin etməyə çalışırlar. Çünki onlara görə bədən mayesinin yaşayanlara bulaşması demək, ölən adamın şans və qabiliyyətlərinin də o kəslərə keçməsi mənasını daşıyır.