Siqaret günümüzün ən aktual mövzularından biridir. Həm insan sağlamlığına, həm də maddi durumuna zərər vurur. Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür, yəni burunotu kimi, çubuqla çəkilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli vərdiş, heç şübhəsiz, siqaret çəkməkdir.

Siqaretin tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir. Ən zərərli olanları isə nikotin, qatran, karbon-monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdir.


Təmiz nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. 100-120 milliqram nikotin hər hansı bir şəxsin damarına yeridilərsə, onun ölümünə səbəb ola bilər. Məsələnin maraqlı cəhəti həmin miqdarda, yəni 100-120 milliqram miqdarındakı nikotinin cəmi iki qutu siqaretdə olmasıdır.


Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, – deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən, nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə 1,2-2 milliqram nikotin keçə bilir.

Avstraliyada aparılmış tədqiqat göstərmişdir ki, psixi pozğunluqları olan adamlar sağlam adamlara nisbətən 4 dəfə çox siqaret çəkirlər. Melbrun Universitetindən olan Kristina Sakson-Mellerin rəhbərliyi altında alimlər qrupu əksəriyyəti şizofreniyadan əziyyət çəkən 280 pasientin vərdişlərini tədqiq etmişlər. Müəyyən olunmuşdur ki, onlar arasında 62 faizi siqaret çəkir. Bu isə siqaret çəkənlərin sayı yalnız 16 faiz olan Avstraliyanın əsas əhalisi ilə müqayisədə 4 dəfə çoxdur. Psixi pozğunluqları olan avstraliyalılar orta hesabla gündə 22 siqaret çəkir, ən çox siqaret çəkən isə gündə 80-ə qədər siqaret çəkir. Psixi xəstəlikləri olan bu adamların yalnız 59 faizi siqaret çəkməkdən imtina etmək istəmişlər, lakin onların yalnız 12 faizi bunu etməyə müəssər olmuşdur.


Məlumatda qeyd edilir ki, psixoanalitiklərin fikrincə, siqaretçəkmə ağız zonasının qıcıqlanması ilə əlaqədardır. Amerikalı alimlərin fikrincə, səhər tezdən siqaret çəkənlərin qanında nikotinin miqdarı sonrakı dövrlərə görə daha çox olur. Bu çəkilən siqaretin sayından da asılı deyil, yəni bir siqaret də olsa, orqanizmdə nikotinin miqdarı həddindən artıq çoxalır. Bu laboratoriya sınaqları ilə də təsdiqini tapıb. Həqiqətən də səhər siqaret çəkənlərin qanındakı nikotinin miqdarı günün digər vaxtlarında siqaret çəkənlərə nisbətən olduqca yüksək çıxıb. Eksperimentdə 250 nəfər siqaret çəkən iştirak edib. Günə bir qutu – 20 ədəd siqaret çəkən şəxslərin qanındakı nikotinin miqdarı çəkilmə vaxtlarından asılı olaraq nəzərəçarpacaq dərəcədə fərqlənib. Yuxudan oyandıqdan yarım saat sonra siqaret yandıranların qanındakı nikotinin miqdarı daha gec çəkməyə başlayanlarla müqayisədə 75 dəfə artıq olub. Nəticənin fərqli çıxmasının səbəblərini isə alimlər dəqiq izah edə bilmirlər.
Xatırladaq ki, nikotin siqaretin tərkibindəki kanserogen – xərçəng törədən onlarca maddədən biridir və ümumi zəhərləyici təsirə malikdir.

Siqaretin zərərlərinə aid statistika

– Dünyada hər 5 ölümdən biri siqaret çəkməkdən olur.

– Bir ədəd siqaret, insan həyatını 11 dəqiqə azaldır.

– Siqaretin tərkibində 470 ədəd kimyəvi maddə vardır ki, bunun da 69 ədədinin xərçəng hüceyrələrini bədəndə aktivləşdirdiyi elm tərəfindən müəyyən edilmişdir.

– Dünyada siqaret çəkən insanların 69%-i siqaretdən canını qutarmaq istəyir.

– Hər gün 85 min gənc siqaretə başlayır və bunların da 22 mini siqaretdən canını qutara bilmir.

– Hər il dünyada yanğından və suda boğulmaqdan ölən insanların sayının cəmindən çox, siqaretdən insan ölür.

– Siqareti söndürdükdən sonra, yenidən çəkilmək üçün istifadə etdikdə, 40 qat daha zərərli bir maddəyə çevrilmiş olur. Bunun isə, orqanizmi 40 qat daha tez məhv etdiyi elm tərəfindən təstiq olunub.

– Hər gün dünya səthində 15 milyard siqaret dənəsi çəkilməkdədir. Bu isə, insan əhalisindən 2 dəfə çoxdur.

– Dünyada siqaretə qarşı mübarizəni başladan ilk şəxs – milyonların qatili Hitlerdir.

– Bəzi ölkələrdə “Apple” məhsullarının yanında siqaret çəkmək, cihazın sığortasını ləğv edir.

– Hindistanın Mumbay şəhərində bir gün havada qalmaq, 100 ədəd siqaret çəkməyə bərabərdir.

– Dünyada, hər həftə siqaret çəkən insanlar, bazar ertəsi siqareti müvəqqəti də olsa, tərk etmək qərarı alırlar. Bu proses hər həftə demək olar ki, baş verir.

– Siqareti tərk edən insan, özünü xərçəngdən 30% qorumuş olur.

Sizin bu kimi zərərli vərdişiniz varsa, gec olmadan tərgitməyə çalışın. Hər şey sizin iradənizdən asılıdır. 🙂