Dünyanın ən böyük kosmik şirkətlərindən biri, bəlkə, birincisi “NASA”dır (Milli Aeronavtika və Kosmos İdarəsi). “NASA” 1958-ci ilin fevralında yaranmış “NACA”nın (Aeronavtika üzrə Milli Məşvərət komitəsi) xələfidir. ABŞ-ın mülki kosmik proqramlarını həyata keçirmək üçün yaradılmış icraedici dövlət agentliyidir.

“NASA”nın həyata keçirdiyi elmi tədqiqatlar, əsasən, Yer Müşahidə Sistemi vasitəsilə Yer planetini daha yaxşı tədqiq etmək, heliofizika və astrofizika elmlərini daha dərindən öyrənmək və avtomatlaşdırılmış sistemlər vasitəsilə Günəş sisteminə daxil olan fəza cisimlərini kəşf etmək işlərini əhatə edir. Kosmosa gəmilər buraxır, digər planetləri araşdırır və s., amma bugünkü mövzumuz “NASA” deyil. Nə də yalnız kosmanavtların başa düşdüyü kosmik terminlər deyil. Hamı “NASA” haqqında səthi məlumata malikdir. Bəli, səthi. Dediklərinə də inanırıq, çünki başqa variantımız yoxdur.

Bu gün çox maraqlı bir şəxs haqqında məlumat verəcəyik – Gary McKinnon. Bəli, çoxumuz “NASA”nı tanıyır, nə işlə məşğul olduğunu bilir, amma Gary’ni tanımırıq. O, 10 fevral 1966-cı ildə Qlazqo şəhərində anadan olub. Xakerliklə məşğul olub. Fevral 2001 – mart 2002 tarixləri arasında, enerji istehsalı, ufo fəaliyyətləri və xalqa yararlı ola biləcək texnoloji inkişafın saxlanmasına qarşı çıxan Gary McKinnon; 16 NASA kompüterinə, ABŞ ordusun onlarca kompüterinə, dəniz və hava qüvvələrinə və ABŞ Müdafiə Nazirliyi kompüterlərinə bir sıra hücumlar təşkil etdi. Təşkil etdiyi hücumlar nəticəsində ABŞ büdcəsinə toplamda 800 min dollar zərər verdi.

Gary iddia edir ki, NASA bır çox həqiqətləri insanlardan gizlədir və iddiasını hücumları nəticəsində əldə etdiyi məlumatlar əsasında sübut da edir. Bir neçə jurnala verdiyi müsahibələrində bunları deyir: “Sənədləri axtarmağa aylarca davam etdim. Ən sonunda “Kontinental Olmayan Zabitlər” adında bir Excel cədvəli tapdım. Fərqli sıramalar və adlar var idi. Gəmi siyahıları arasında “vəsait nəqli” üçün bölmələr var idi. Siyahıda adları U.S.S ilə başlayan kosmosda istifadəyə əlverişli gəmilər var idi.” McKinnonun ən tükürpədən iddiası isə yadplanetlilərin Yerə gəlməsi, NASA-nın bunu insanlardan gizli tutmasından ibarətdir. Bütün bu etdiklərinin qarşılığında o, Şotlandiyada həbsə salınır. ABŞ isə Şotlandiyadan onun esktradisiyasın tələb edir.