Bəzən düşünürük: Nə qədər yeyirəm, amma arıqlamıram! Belədirsə, bir şeyləri düzgün etmirsiniz deməli! Bəs bunlar nələrdir?

Səhər yeməyi yemisinizsə…

Əgər səhər yeməyini ötürürsünüzsə, o zaman naharda daha çox yeyirsiniz. Bədən bu qədər kalorini birdən yandırmağa qadir deyil. Ona görə də kilolarınızdan azad olmaq üçün, mütləq bütün yemək saatlarına nəzər yetirib, kiçik porsiyalarda yemək yeyin.


Su içmirsinizsə…

Əgər yetəri qədər su içmirsinizsə, bədəniniz toksinlərdən azad ola bilmir. Ona görə də gündə 8 stəkan su içməyiniz mütləqdir. Belə olduqda, bədəniniz yetəri qədər nəmlənəcək. Həm də dəriniz də daha yaxşı olacaqdır.


Gec saatlarda yemək yeyirsinizsə…

Gec saatlarda yemək yedikdə, orqanizm aldığınız kalorini həzm edə bilmir. Belə olduqda kilo alırsınız. Əgər arıqlamaq istəyirsinizsə, yaxşı olar ki, yatmazdan 2-3 saat əvvəl yemək yeməyəsiniz.


Əgər yağı həyatınızdan tamamilə çıxarmısınızsa…

Belə olduqda orqanizm ac qalır. Ona görə də yediyimiz bütün qidalar bədəndə əlavə kiloya çevrilir. Əgər kilo vermək istəyirsinizsə süd məhsullarından istifadə edin. Vitamin A və D orqanizm üçün vacibdir və daha yaxşı hiss etməyinizə səbəb olacaqdır.


Yemək yeyərkən başqa şeylərə başınız qarışırsa…

Əgər yemək yeyərkən, televizor izləyirsinizsə daha çox yeyəcəksiniz. Bu da lazım olmayan əlavə enerji deməkdir. Ona görə də yemək zamanı sakit bir yerdə qidalanmağınız daha sağlam olmağınıza səbəb olacaqdır.


Oturaq həyat tərziniz varsa…

Bütün gün oturaq işlə məşğul olursunuzsa, bütün sağlamlığınızı təhlükəyə atırsınız! Bu səbəbdən də hər yarım saatdan bir hərəkət etməyiniz mütləqdir.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂