Asteklər şokoladı Allahların qidası adlandırırdı. Avropada isə şokolad müalicə vasitəsi olaraq apteklərdə satılırdı. Bu gün isə şokolad ən çox sevilən ləzzətlərdəndir.

Gəlin görək, 1 tünd şokoladdan zövq aldıqdan sonra, orqanizmimizdə hansı dəyişikliklər baş verir?

Şokolad yedikdən 10 dəqiqə sonra..

  • şokoladın tərkibində olan triptofan serotonin hormonunun ifrazına səbəb olur. Nəticədə əhval-ruhiyyə qalxır;
  • beyində qan dövranı yaxşılaşır, qan damarları genişlənir;
  • təzyiq aşağı düşür;
  • kakao yağı dişləri zərərli bakterialardan müdafiə edir. Beləliklər, dişlər təmizlənir.

Şokolad yedikdən 30 dəqiqə sonra..

  • öskürəklə mübarizə başlayır;
  • antioksidanlar və flavonoidlərin vasitəsilə ultabənövşəyi şuaların təsirinin qarşısı alınır;
  • orqanizmə PP, B1, B2, E, Ca, Mg, Na, K, P və Fe vitaminləri və mikroelementləri daxil olur.