Yağışa toxunmaq və onu hiss etmək insanın bəlkə də təbiətə olan həsrətini ən asan və gözəl yoldan aradan qaldırma üsuludur. Bunun üçün ən yaxşı zaman təbii ki, yay aylarıdır. Yağışın gözəlliyindən ilham alınaraq yazılan bu qədər şeir və mahnı varkən onun mənfi bir şey olduğunu düşünənlər, ancaq həyatın dadını çıxara bilməyənlər ola bilər. Yay yağışının həyəcanını və sevgisini içində daşıyanlar çox yaxşı bilir ki, suyun ən gözəl halıdır yağış damlaları…


Yay yağışının dəyərini bilənlərin hisslərinə tərcümə olacaq sevgi anlarına hər kəs şahid olsun istədik.


1. İsti havada yağan yağışda, üşümək kimi bir dərdləri olmadan çölə çıxıb doyunca islana bilər və bunun nə qədər həyəcanverici olduğunu bilirlər.



2. Və yay yağışının dünyadakı ən gözəl təbiət hadisələrindən biri olduğunun fərqindədirlər.



3. Yağışdan sonra duyduqları torpaq qoxusunun ətiri onlar üçün ən gözəl ətirdir.



4. Yay yağışında dənizə girmək ən böyük əyləncələrindən biridir. Bu anlarda dənizə girmək, digər zamanlarla müqayisədə daha çox zövq verir.



5. Dilləriylə yağış damlalarını tutmağa çalışmaq, uşaqlıqdan bəri heç sıxılmadan oynadıqları oyunlarıdır.



6. Hər kəs bağlı yerlərə qaçmışkən və ortalıqda insanlar yoxkən, şəhərdə gəzişməyin nə qədər gözəl bir hiss olduğunu bilirlər.



7. Çətir daşımaq kimi bir ehtiyac duymazlar, çünki yağışdan qorxmurlar.



8. Bürkülü yay günlərində bir anda gələn yağışın, təbiətin bizə bir hədiyyəsi olduğunu düşünürlər.



9. Yayda yağış səsiylə oyanmaq ən böyük xoşbəxtlik qaynaqlarından biridir.



10. Yay yağışı çox qısa zaman ərzində yağdığı üçün, o şirin həyəcanın dadı həmişə damaqlarında qalır.



11. Şəhərdən uzaqda, təbiətin qoynunda qarşılaşdığı yay yağışının dadını isə heç bir şeyə dəyişməz.



12. Yay yağışını qucaqlayan insanlar sadəlövh və zərif insanlardır. Onlar özlərini heç bir zaman təbiətdən ayrı düşünə bilmirlər.