Budəfəki məqaləmizdə sizə dünyanın ən hündür heykəlləri haqqında məlumat verəcəyik. 🙂

Budda Yaz Məbədi (Çin) – 153 metr

Siyahımızda ilk yer alan Bamian Buddasının öldürülməsindən sonra 1998-2008-ci illərdə inşa edilmiş Budda Yaz Məbədidir.

Laykyun Setkyar (Myanmar) – 130 metr

Po Kaung təpələri üzərində inşa olunmuş bu heykəl dünyanın ən hündür heykəlləri sırasında hələ ki, ikinci yerdə dayanır.

Ushiku Daibutsu (Yaponiya) – 120 metr

Hal-hazırda 3-cü yerdə olan bu heykəl 2002-ci ilə qədər dünyanın ən hündür heykəli sayılırdı. Tikilinin içərisindəki liftlə yuxarı qalxmaq mümkündür, buradan görünən möhtəşəm mənzərə turistləri də valeh edir.

Cristo-Rei (Portuqaliya) – 110 metr

Rio-de-Janeryodakı İsa Məsih heykəlindən ilhamlanaraq, 10 müddətində inşa edilmişdir. Heykəlin aşağı hissəsindən Lissabonu izləmək imkanınız var.

Guan Yin Heykəli (Çin) – 108 metr

İnşaası 6 il çəkən bu heykəl Hainan adasında yerləşir. Abidənin bir tərəfindən adanı, digər tərəfindən Çin dənizini görə bilərsiniz.

Azadlıq heykəli (ABŞ) – 93 metr

Bəlkə də dünyanın ən məşhur heykəlidir. Fransızların inşa etdiyi, ABŞ-ın simvolu olaraq qəbul edilir.  Heykəlin başında olan 7 güşəli ulduz qitələri və okeanı təmsil edir.