Bu qorxu filmləri kabusunuz olacaq!

645

Bu filmlərə baxarkən özünüzdən asılı olmayaraq gözünüzü bağlayıb sıxacaqsınız, əllərinizin içi isə soyuq tərlə örtüləcək. Onlara sona qədər baxmağa qorxacaqsınız, ancaq marağınız qorxuya qalib gələcək..

Sinister

Bu film son illərin ən qorxulu filmərindəndir. Bəzi səhnələr haqqında isə düşünməli olacaq və hətta ikinci dəfə də baxmaq istəyəcəksiniz.

The Omen

Ayın 6-sında, 6-cı gün, saat 6-da dünyaya gələn körpə sən demə insan cildinə girmiş İblisin oğlu imiş. Mistik və vahimə dolu bu film, sizi erkana kilidləyəcək.

1408

Filmin baş qəhrəmanı 1408 nömrəli otaqdan çıxmağa çalışır. Bu otaq sanki cəhənnəmdir. Sürprizlərlə dolu bu film izləyənləri dəhşətə gətirir.

Paranormal Activity

Bu filmdən sonra yuxusuz gecə qaçınılmazdır. Gənc ailə evdə baş verən qəribə hadisələri kameraya çəkməyə başlayır. Nəticədə nələr baş verir nələr..

The Astral

Qorxu filmi həvəskarısınız və hələ də bu filmə baxmamısınız? Elə bu gecə popkorn partladıb divanda yerinizi rahatlayın. Bir dəqiqə, popkorna ehtiyac yoxdur. Dəhşətli süjet xətti popkornun əlinizdən düşüb yerə dağılmasına səbəb olacaq.

The Grudge

Bu gecə rəfiqənizin evində gecələyəcəksiniz? Elə isə bu filmə baxa bilərsiniz. Tək baxmağı məsləhət görmürük. Nə bilmək olar, bəlkə lənət ekranın o tərəfində qalmaqla kifayətlənməyəcək?

The Amityville Horror

Bir çox qorxu filmlərindən fərqli olaraq, bu film real hadisələr əsasında çəkilmişdir. Gənc ailə xəyallarının həyata keçdiyini düşünərək yeni bir evə köçür. Həmin evdə onları şər qüvvələrinin onları gözlədiyindən xəbərsiz..

The Others

Qreys və onun iki övladı böyük qədmi villada yaşayır. Onun övladlarının qəribə xəstəliyi var: körpələr gün işığına dözə bilmir. Bu səbəbdən də, evdə hər zaman zülmət hökm sürür. Yox, bu filmdə qan gölünə və zonbilərə rast gəlməyəcəksiniz. Sizi qorxudan növbəti saniyədə nələrin baş verəcəyinin müəmmalı olması olacaq. Bu isə daha da qorxuludur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al