Ötən əsrdə Alan Alexander Milne tərəfindən yaradılmış Chirstopher Robin personajı adıçəkilən yazıçının “Winne the Pooh” əsərində yer alır. Uşaq olarkən onların macəralarını hamımız böyük həvəslə izləmişik.
“Christopher Robin” filmində isə bu personajlar yenidən qarşımızda çıxdı. Ötən il (2018) tamaşaçılara təqdim edilən filmdə artıq Christopher böyüyüb, işləyir, ailəsi var. Pooh isə meşədə onu axtararaq Christopherin yaşadığı şəhərə, hətta evinin yaxınlığına qədər gələ bilir. Bundan sonra əsl əyləncə başlayır. Film elə böyüklər üçün nəzərdə tutulub, izləməyinizi tövsiyə edirik.
İndi isə keçək filmdən seçdiyimiz replikalara!
“Heç bir şey etməmək çox zaman ediləcək ən yaxşı şeydir.”
“Xəyallar havayı deyil, xəyalların üçün çalışmalısan. Heç bir şeydən bir şey olmaz.”
”Bəzən bir yerə gedərkən gözləyirəm… Və o bir yer mənə gəlir.”
”Mən də qucaqlamaq istəyirəm, qucaqlamaq və sevilmək…”
”Deyəsən, acmışam, amma indicə yedim… Bəlkə yetəri qədər yemədim.”
”Çantan bir şardan daha vacibdirmi? Çantan şar qədər xoşbəxt edərmi?”
”Qaçılmaz olanı dəyişə bilməzsən.”
”İnsanlar deyir ki, heç nə mümkünsüzdür. Ancaq mən hər gün heç nə edirəm.”
“Dostsuz gün içində heç bir damcı da bal qalmamış qab kimidir.”
”Orada olmadığım üçün pərişanam, amma burada olduğu üçün də xoşbəxtəm. Səni gözləyirdim.”
”Narahatlıq narahatlıq gətirir.”
– Bu gün hansı gündür?
– Günlərdən bu gün
– Ən sevdiyim