Bəzən kifayət qədər yuxulasaq belə oyanandan sonra hələ də özümüzü yorğun hiss edirik. Bir çox insan bu məsələyə diqqət vermir, dolayısıyla səbəbi ilə maraqlanmaq belə ağlına gəlmir.

Ağır bir günün sonunda ağla gələn ilk şey bədənimiz üçün yuxunun lazımlı olmasıdır. Elmi araşdırmalar nəticəsində sübut olunmuşdur ki, müntəzəm yuxu bir çox problemlərin ən yaxşı həllidir. Bəs davamlı yorğun olmağın arxasında hansı səbəblər dayanır?

1. Fiziki fəaliyyətin yetərli olmaması

Nəzərdən keçirildikdə fiziki fəaliyyət yorğunluğa səbəb olur, lakin tək təsiri bu deyil. Vücudumuzun aktivliyini qoruya bilən fiziki fəaliyyətlər, vücudunuzun ehtiyacı olan enerjinin toplanmasında da böyük rol oynayır. Elmi cəhətdən də fiziki fəaliyyətsiz keçən günün ardından yorğun oyanmanın baş verdiyi sübut olunmuşdur.

2. Kofein istifadəsi

Bir çoxumuzun yuxu qaçırmaq üçün kofein istifadə etdiyi inkar olunmayan bir gerçəkdir. Kofein dərs hazırlayarkən, ofisdə və ya hər hansı bir səbəblə yuxusuz qalmağa kömək edən olduqca yaxşı vasitədir, amma gündüz istehlak etdiyimiz kofein gecə yatanda yatmamızın keyfiyyətini müəyyənləşdirir.

Kafein gün ərzində beyində adenozinin yığılmasını blok edir. Adenozin isə yuxumuzun gəldiyini hiss etməmizi təmin edən komponentin adıdır.

3. Zehni yorğunluq, stress

Olduğumuz cəmiyyətdə demək olar hər kəsin günlük stressi vardır. Sağlamlıq baxımından diqqət etmədiyimiz stress və depressiya yuxu kefiyyətimizə ciddi şəkildə təsir edir. Beləliklə stress və depressiyanın yaratdığı gərginlik dolayı yolla yuxusuzluğa yol açır.

4. Yanlış qidalanma

Yorğunluğun səbəblərindən biri də yanlış qidalanma vərdişləridir. Balanslı bir pəhriz qan şəkərinizi normal sərhədlər içərisində tutacağı üçün halsız hiss etmənizə də mane olur. Daima səhər yeməyi yeyin. Hər yeməkdə bolca protein və karbohidratlardan faydalanmağa çalışın. Daimi enerji üçün gün ərzində kiçik qidalar və qəlyanaltılar da yeyə bilərsiniz.

5. Digər təsirlər

Yuxarıda qeyd etdiyimiz 3 səbəbdən başqa tibbi problemlər də yorğunluğa yol aça bilər. Bunlar dəmir əksikliyi, tiroid problemləri və diabet kimi xəstəliklər ola bilər. Əgər qeyd etdiyimiz 3 səbəbdən biri deyilsə həkimə getməyiniz tövsiyə olunur.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂