Çox vaxt depresiyada olduğumuzu hiss edirik. Bu əsasən soyuq havalarda baş verir, ancaq bəlkə bu heç depresiya deyil? Bəlkə bu sadəcə bizim xarakterimizdir?

Səhlənkarlıq

Bu cür insanlar az işləyib, çox istirahət etmək istəyir. Səhər yuxudan oyanıb, yatmağınız üçün bəhanə axtarırsınızsa, bu qrup insanlara aidsiniz. Onlar daha az işləmək istəyir. Əslində bunu çoxumuz istəyirik, ancaq işləməmək üçün onlar qədər bəhanə axtarmırıq. Bu ruh düşkünlüyündən xəbər verir və depresiyaya işarədir. Əgər tərgitmək istəyirsinizsə, özünüzə hədiyyə siyahısı hazırlayın. İşinizi bitirdikdən sonra bu hədiyyələrdən birini hədiyyə alın. Kimə? Elə özünüzə!


Utancaqlıq

Əgər ruhi xəstəliyə yaxınlaşmağınıza az qalıbsa, o zaman güclü hisslər hiss etməyəcəksiniz. Daha zəif və bacarıqsız olduğunuza inanmağınız sizi utancaq edəcəkdir. Utancaqlıqdan canınızı qurtarmaq və daha xoşbəxt hiss etmək istəyirsinizsə qrup halında keçirilən fəaliyyətlərə qatılın. Dil öyrənmək, yoga etmək və ya başqa əyləncəli işləri qrupda edin!


Özünü təhqir etmək

Bu insanlar hər şeyin günahını özündə görür. Bütün pis şeylər onun başına gələcək deyə düşünür. Bunu necə tərgitmək olar? Bu cür hissi keçirəndə dəftərinizə yazın. Daha sonra nəticəsinin nə olduğunu da qeyd edin. Bir müddət keçəndən sonra dəftərə göz gəzdirin. O zaman görəcəksiniz ki, bütün pis şeylər sizin başınıza gəlmir və hər şeyi pis edən siz deyilsiniz.


Emosionallıq

Bu çox keçmiş zamanlardan qalma bir xarakter problemidir. Hər şeyə qarşı emosional olan bu insanlar, daha sonra başqalarının özündən yaxşı olduğuna inanır və buna görə də özlərini qınayırlar. Bu problemi həll etmək üçün qarşınıza məqsədlər qoyun. Onları həyata keçirmək üçün var gücünüzlə çalışın. Mütləq bitmə tarixlərini də qeyd edin! Belə olduğu təqdirdə bütün hirsinizi, emosiyanızı bu məqsədin üstündə işlədəcəksiniz!