Wabi-Sabi – Əslində bir həyat fəlsəfəsidir. Hər bir qüsurda gözəlliyi və mükəmməlliyi tapmaq mənasına gəlir.

Boketto – Heç nə etmədən və düşünmədən uzaqlara baxmaq. Bir çoxumuz gün ərzində bu halı yaşayırıq.

Tsundoku – Yeni bir kitab alıb, onu oxumadan digər oxumadığımız kitabların arasına qoymaq mənasına gəlir. Tanış haldır, elə deyilmi?

Shinrin-yoku – Meşə terapiyası, sakitliyə qovuşmaq və istirahət etmək üçün meşənin dərinliklərinə getmək. Tam da ehtiyacımız olan şey!

Komorebi – Ağac yarpaqlarının arasından süzülüb gələn gün işığı.

Ichigo ichie – Həyatda sadəcə bir dəfə yaşama şansımız olan hadisə mənasına gəlir.

Koi no yokan – İki insanın bir-biri ilə görüşməzdən əvvəl, onlardan birinin aşiq olacağı hissinə qapılma duyğusu.

Yoisho – Uzun və yorucu bir gündən sonra özünü çarpayıya atmaq mənasına gəlir.

Mono no aware – Həyatın hər bir parçasında hiss edilən dərinlik, kiçik şeyləri görmək və hiss etmək. Bir şeylərə baxdığınız zaman onların varlıqları ilə hiss edilən sevinc və kədər hissi.

Shinobi noku – Kiminsə ağladığını gizlətmək üçün gizlincə gözyaşı tökməsi.

Irusu – Siz evdə olduğunuz halda kiminsə qapınızı döydüyü zaman evdə yoxmuş kimi davrandığınız an.

Takane no hana – Bir şeyi və ya bir insanı çox istəmək, lakin istədiyiniz şeyin çox uzaqda və əlçatmaz olması.

Aienkien – Alın yazısının möcüzəvi bir şəkildə 2 insanı bir araya gətirməsi və xoşbəxt münasibət.

Ukiyo – Həyatın bütün dərdlərindən uzaqlaşıb anı yaşamaq.

Kuchi ga sabishii – Ürəyiniz istəmədiyi halda sadəcə vərdiş olduğu üçün nə isə yemək, içmək və ya siqaret çəkmək kimi fəaliyyətlər etmək.

Natsukashii – Sevdiyiniz bir xatirəni yenidən xatırlayıb xoşbəxt olduğunuz an.

Inshin-denshin – İki insanın danışmadan anlaşması.

Datsuzoku – İnsanın gündəlik vərdişlərindən uzaqlaşması, qaçması.

Ikigai – Yaşama səbəbi, səhər oyandığınız zaman sizi yataqdan çıxardan şey.