Təqvimlər 28 aprel 1986-cı ili göstərərkən gecə saat 01:00-da SSRİ-nin prestijli şəhəri Pripyatdan 3 km uzaqlıqda yerləşən Çernobıl ərazisində nüvə enerjisi mərkəzində tarixin ən dəhşətli qəzası baş verdi. Hadisədə minlərlə insan həlak oldu, ondan daha çoxu isə radiyasiyaya məruz qaldığı üçün xroniki xəstəliklərə yoluxdu. Çernobılda radiasiya hələ də var və bu ərazi dünyanın ən təhlükəli məkanlarından biri sayılır. Hətta birincisi.

Bu qəza haqqında onlarla sənədli film çəkildi, ancaq heç biri HBO çəkdiyi qədər həyəcanverici, tükürpədici ola bilməmişdi.

Serialda partlayış və partlayış sonrası baş verən hadisələr emosiyaları gərginləşdirəcək şəkildə təsvir edilib. Bu qəza nüvə partlayışının təbiətə, ətrafa nə qədər təsir edəcəyini dərk etməyən insanların imtahanıdır.

Çernobıldakı partlayışı təkcə təbiətə deyil, dünyanın siyasi gedişatına da təsir göstərib. Serialda Sovet hökumətinin daxilində baş verənlər, dövlətin bu hadisəyə reaksiyası da yer alır. Gizlədilməsi mümkün olmayan faciəni gizlətməyə çalışan hakimiyyət və insanların çarəsizliyi qan donduracaq şəkildə ifadə edilir.

Bu günə qədər 4 seriyası yayımlanan, ümumilikdə 5 seriya olacağı deyilən serial milyardlarla baxış topladı. Sözsüz ki, Chernobyl çox maraqlıdır, ancaq bu qədər izlənilməsinə səbəblərdən biri Game of Thrones serialının uğursuz finalıdır. HBO bu serialla öz günahını yuya bildi.

Son vaxtlarda adrenalin yaşadacaq serial izləmək istəyirsinizsə, seçim mütləq Chernobyl olmalıdır.

Bu faktı da qeyd edək ki, “Chernobyl” bütün indiyədək çəkilən bütün serialları geridə qoyaraq IMDb üzrə ən çox bal (9.7) alan serial oldu.
Xoş seyrlər hər kəsə! 🙂