Kişilərin orqanizm quruluşu haqqında bilmədiklərimiz

351

Dünya alimləri kişi və qadın orqanizmi arasında olan fərqləri araşdırmağa davam edir və hər gün yeni bir kəşf ilə təccübləndirirlər. Bilirsinizmi ki,

  • Kişi dinlədiyi zaman onun beyninin yalnız bir hissəsi işə düşür. Digər bir hissəsi isə başqa bir mövzu haqqında düşünə bilər. Kişilərdən fərqli olaraq, qadınların beyni bütün olaraq prosesdə iştirak edir.

  • Qadınlara nisbətən kişilərdə eşitmə, qoxu hiss etmə və dad reseptorları daha az inkişaf etmişdir. Buna səbəb qadınları yemək hazırlaması, təmizlik işləri görməsi və uşaqların qayğısını çəkməsidir.

  • Kişilər arasında solaxaylar daha çoxdur. Bu fenomenin elmi açıqlaması isə hələ məlum deyil.

  • Kişilər fiziki işin öhdəsindən daha yaxşı gəlir. Kişilərin qanının həcmi 5-6 litr olduğu halda qadınların qanının həcmi 4-4,5 litrdir. Bundan əlavə kişilərin qanı hemoqlobin və eritrositlərlə daha zəngindir. Bu da oksigen dövranını yaxşılaşdırır.

  • Sellulit kişi orqanizminə yad termindir. Bunun səbəbi isə qadınların və kişilərin əzələ, yağ və birləşdirici toxumaların quruluşunun fərqli olmasıdır. Kişilərin əzələ qatı daha möhkəm, dərisi isə kollegenlə zəngindir.

  • Kişilər daha möhkəm yatır. Yuxuda ikən kişilərin beyninin aktivliyi 70%, qadınların beyninin aktivliyi isə cəmi 10% düşür. Bunun səbəbi isə ibtidai icmadır. Kişi ovçu olduğu üçün istirahətə ehtiyacı var. Qadın isə hər zaman yuvanı qoruyur.

  • Kişilərin imuniteti daha zəifdir. Onlar hərarətə qarşı da daha həssasdır. Digər tərəfdən kişilərin bədəninin temperaturu orta hesabla qadınlardan 0,2 dərəcə daha yuxarıdır.
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: