Kofenin faydaları və təsiri

4755

   Kofenin ilk kəşfi, insanlar arasında çox istifadə olunması, neftdən sonra dünyada ən böyük ticarət bazarına sahib olduğu, ürəyə, qaraciyərə, asmaya faydaları və bir o qədər də zərərləri haqqında bir çox məlumat oxumuş və ya eşitmisiniz. Biz kofenin bu qədər içilərsə buna faydası, bu qədər içilərsə buna zərəri olar kimi məlumatlardan bəhs etməyəcəyik. Qəhvənin idman və idman performansına təsiri haqqında yazmaq istədik.

   Məlum olduğu kimi kofe özündə bir çox antioksidantlar birləşdirən bir içkidir. Kofenin bu güclü antioksidan xüsusiyyəti polifenol deyilən bir maddəni ehtiva etməsindən qaynaqlanır. Polifenol maddəsi olan içkilər sırasında kofe qırmızı şərabdan sonra ikinci yerdədir. Digər sıralarda isə kakao və yaşıl çaydır.

   Normal yaşam tərzində tənəffüs etdərkən qəbul etdiyimiz oksigenin bizə olan faydası bəzi kimyəvi reaksiyaların nəticəsində hüceyrələrdə bir sıra sərbəst radikallar yaranır. Bu sərbəst radikallar dəyişik molekullarla birləşərək toksik maddə yaranmasına səbəb olub bəzi xəstəlikləri tezləşdirə bilər. Bu antioksidanlar bu təsirləri ortadan qaldırmaqda çox uğurlu və effektivdir. Mütəmadi olaraq idman edən insanların daha çox oksigen aldığını düşünsək toplanan sərbəst radikal miqdarı artacaqdır. Bu vəziyyətdə neytrallaşdırmanın ən asan yolu antioksidan maddələrdən istifadə etməkdir. Kofe bu zaman digər faydalarıyla birlikdə bizə ən çox kömək edə bilən içkidir. Bu sərbəst radikalların insanın tez yaşlanmasına da səbəb olur, kofe həm bunları balanslaşdırır, həm də dəriyə yaxşı təsir edib dərini cavanlaşdırır.

   Kofe içdikdən sonra bədəndə, ürək döyüntüləri artır, bədən isinməyə başlayır və piylərin əriməsini tezləşir. Bunlar metabolizmanın 5-6% artmasından irəli gəlir. Bu vəziyyətdə qan dövranının sürətlənməsi daha çox nəfəs almanı artırır və kafeinin təsiri ilə birləşdikdə insana gümrahlıq hiss etdirir.

   Qəhvənin yuxuya təsiri haqqında da məlumatlar vardır. Mütəmadi içənlərdən başqa, kofeiçmə vərdişi olmayan insanlarda daha çox rast gəlinir. Nəticədə yuxu rejimi hər bir insan üçün, ən çox da idmançılar üçün önəmlidir və riskə atılmamalıdır. Buna görə də kofenin müsbət təsirlərini görə bilmək üçün səhər saatlarında və məşqdən bir müddət əvvəl içmək lazımdır. Mənim tövsiyyəm gündə 2-3 fincandan artıq olmamaq şərti ilə, kafeini digər içkilərdə də aldığımızı düşünsək artıq kafein qəbulunu azalatmalıyıq…

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al