Bəzən işimiz o qədər çox olur ki, yuxumuzu onlara qurban verməli oluruq: ya gec yatırıq, ya da tez dururuq. Nəticə isə heç də ürək açan olmur. İşləməyə gücümüz, sevdiyimiz işlərlə məşğul olmağa isə gücümüz qalmır. Bu səbəbdən də sağlam yuxu hər kəs üçün şərtdir. İlk öncə gündəlik yuxu tələbatımızı nəzərdən keçirək. Yaş artıqca yuxu tələbatı azalır:

  • Yaşlı insanların  (65+ yaş) gündəlik yuxu tələbatı 7–8 saat
  • Yetişkinlərin (24–64 yaş) gündəlik yuxu tələbatı 7–9 saat
  • Gənclərin (18–23 yaş) gündəlik yuxu tələbatı 7–9 saat
  • Yeniyetmələrin (14–17 yaş) gündəlik yuxu tələbatı 8–10 saat
  • Məktəblilərin (6–13 yaş) gündəlik yuxu tələbatı 9–11 saat
  • Uşaqların (3–5 yaş) gündəlik yuxu tələbatı 10–13 saat
  • Körpələrin (0–2 yaş) gündəlik yuxu tələbatı isə 11–17 saatdır.

Bəs bu tələbatı qarşılamadığımız halda nə baş verəcək?

  • Imunitetimiz birbaşa yuxu ilə əlaqəli olduğu üçün orqanizmin xəstəliklərə qarşı dayanıqlılığı azalacaq.
  •  Diqqətimiz yayınacaq, məntiqli düşünməyə çətinlik çəkəcək və ani qərar verməyə çətinlik çəkəcəyik. Bu isə çox təhlükəlidir. Xüsusilə sükan arxasında olanlar üçün.
  • Gün ərzdinə 5 saatdan az yatdığımız zaman çəki almağa başlayacağıq.
  • Dərimizin vəziyyəti pisləşəcək: qırışlar yaranacaq, kapilyar damarlar önə çıxacaq, ləkə və akne yaranacaq.
  • Ürək-damar xəstəliklərinə tutulma təhlükəsi artacaq.
  • Xərçəng xəstəliyinə tutulma riski çoxalacaq.
  • Yaddaşımız zəifləyəcək.

Bu səbəbdən də, yuxu rejimimizə diqqət etməyimiz şərtdir!