Günəşə qarşı kremlərdən istifadə etməli olduğumuzu hər kəs bilir, ancaq dərimizi ultrabənövşəyi şualardan qorumağa təkcə günəş kreminin gücü çatmaz. Mütəxəssislər təkcə kremə arxain olmamağı, dərini daxildən də müdafiə etməyi məsləhət görür. Bunun üçün rasionunuza daxil etməli olduğunuz qida məhsullarını qeyd edin:

Yaşıl çay

Yaşıl çay polifenol maddəsi ilə zəngindir. Sözü gedən maddə dərini yanmaya qarşı daxildən müdafiə edir. Aparılan araşdırmalar göstərmişdir ki, gün ərzində içilən 2 fincan çay dəri xərçənginin qarşısını 30% alır.

Tünd şokolad

Tünd şokolad güclü antioksidandır. Bundan əlavə tünd şokoladın tərkibində olan flavonollar ultrabənövşəyi şuaların fəsadı olan dəri quruluğuna qarşı mübarizə aparır. Güclü müdafiə üçün gün ərzində 50 qram tünd şokolad yemək məsləhət görülür.

Brokkoli

Alimlərin apardığı araşdırmalar göstərmişdir ki, brokkoli xərçəngə qarşı ən güclü vasitələrdəndir. Bundan əlavə brokkoli dərini qıcıqlanmadan, qızarmadan və yanmadan qoruyur. Tərəvəzin tərkibində olan sulforadan maddəsi radiasiyanı özünə çəkir və beləliklə hüceyrələri müdafiə etmiş olur.

Tomat sousu

Britaniya alimləri aşkar etmişdir: gündəlik qida rasionunuza tomat sousunu daxil etməklə, dərinizin azad radikallarla mübarizə aparma gücünü 30% artırmış olacaqsınız.

Qarpız

Qarpızı daxildən təsir göstərən günəş kremi kimi düşünün. Likopen maddəsi ilə zəngin olan giləmeyvə dərini yanmadan qoruyur, dəri xərçənginin qarşısını alır və bədənin zərərli radiasiyaya qarşı gücləndirir.

Üzüm

Üzümün tərkibində olan antioksidanlar isə hiperpiqmentasiyanın və iltihabın qarşısını alır.

Zeytun yağı

Zeytun yağı bir çox günəş kremlərinin tərkib hissəsidir. Odur ki, dərinizi daxildən də qorumaq istəyirsinizsə, zeytun yağını salatlarınıza və yeməklərinizə əlavə etməyi unutmayın.