Bədənimizin çox hissəsini su təşkil edir. Bu səbəbdən də su sağlamlığımız üçün önəmli amillərdəndir. Faydalarını saymaqla bitirə bilmərik. Bunu da qeyd edim ki, su deyəndə saf su nəzərdə tutulur. Çay və ya qəhvədə olan su bura aid edilmir.

Məncə, azərbaycanlılar su içməyi elə də sevən olmur. Bu səbəbdən də ilk öncə faydalarını saymaq istərdim ki, ən azından bunlar bizə motivasiya olsun 🙂

  • Su enerji mənbəyidir. Daha çox su – daha yüksək əhval ruhiyyə!

  • Kilonu idarə etməyə kömək edir. Çox su içdikdə şirniyyata olan həvəs azalır, daha sağlam qidalanırsan. Beləliklə su həm də kaloriləri də idarə edir.

  • Çox su içmək daha sağlam dəri deməkdir. Bu da hamının arzusudur!

Bəs özümüzü su içməyə necə məcbur edək? Su içməyi sevmək üçün bəzi sirrlər:

  • Hər zaman yanınızda su olsun. Sevimli bir su qabı ilə su içmək iştahanızı artıra bilərsiniz.

  • Dadını bəyəndiyiniz sudan için. Belə olduğu təqdirdə suyu içmək daha xoş təsir bağışlayacaq.

  • Suya sevdiyiniz təravətli dadlardan əlavə edin. Bu tropik meyvələr ola bilər. Yazdır, birazdan çiyələkli su sevimli içkimizə çevrilə bilər. Limonlu su isə çox faydalıdır. Zəncəfil də əlavə edə bilərik, ancaq hər şeyin qədəri olduğu qədər belə qarışıq suların da qədəri var. Gündə iki stəkandan daha çox meyvəli su içməyin. Ümumiyyətlə, saf su daha faydalıdır. Bunu da unutmayın.

  • Su içməyi kiminsə sizə xatırlatmağını istəyirsiz? Gəlin, daha əyləcəli edək! Telefon və ya planşetlərinizə müxtəlif App-lar (Daily Water Free) endirə bilərsiz. Bu işinizə çox yarayacaq!

  • Tərkibində suyun miqdarı çox olan yeməklər seçin. Bu cür qidalanma həm sizi sağlam edəcək, həm də su ehtiyatınızı az da olsa qarşılamış olacaq! Tərəvəzli yeməklər buna aiddir.

Gün boyu 8 stəkan su içməyimiz mütləqdir. Bunu əsasən günün birinci yarısında etməyimiz vacibdir. Bəzi mənbələrdə qeyd olunub ki, ilıq su içmək yaxşıdır. Bəzilərində isə soyuq suyun daha xeyirlo olduğu qeyd edilir. Bəs hansı?

Soyuq suyu qəbul etdiyimizdə bədənimiz onu qızdırmaq üçün əlavə enerji sərf edir və beləliklə biz kalori itirmiş oluruq, ancaq bunu qeyd edim ki, bir stəkan suyu isitmək üçün xərclədiyimiz kalori 8dir. Gündə 8 stəkan su içməyimiz zəruridir. Beləliklə də soyuq su içməklə cəmi 64 kalori itirmiş oluruq. Bu elə də böyük nəticə deyil. Bu səbəbdən də otaq temperaturunda su içmək də xeyrimizədir. Yəni əsas olan su içməkdir! İlıq su isə iştahımızı kəsir. Buna görə də hər zaman ac hiss etdikdə və ya bizə lazımsız olan bir şeyi yemək istədikdə ilıq su içməyimiz gərəklidir.

Elə bu qədər! İndi isə bir dadlı stəkan su içməyin vaxtıdır! Cheers 😉