Bildirchin Posts
Bildirchin Posts
Developer: Bildirchin Group
Price: Free

Həyatımızda etdiyimiz hər bir şey etdiyimiz vərdişlərdən formalaşır. Ona görə də bizə xeyri olan vərdişləri daha da çoxaltmalıyıq. Əsasən də sağlamlığımız üçün bu vacibdir. Bəs bu yaxşı vərdişlər hansıdır?

Hər səhər limonlu su için

Səhər içdiyimiz limonlu su bizə enerji verəcək və dərimizin daha təmiz olmasına səbəb olacaqdır. Bu həm də bədənimizi dünəndən yığılıb qalan qalıntılardan təmizləyir. Təmiz orqanizm üçün su için. Su iməyi unutmamaq üçün özünüzə sevimli su qabı alın. Bu su qabını gözünüzün gördüyü yerdə saxlayın ki, hər dəfə su içmək lazım olduğunu xatırlatsın.


Yüngül qəlyanaltılar

Gün boyu enerji itiririk və bu səbəbdən də qidamıza xüsusi diqqət ayırmalıyıq. İndiki dövrdə çoxumuz oturaq işlə məşğuluq. Ona görə də ağır qidalar qəbul etməməyə də çalışmaq lazımdır. Ona görə də yüngül və ziyansız qəlyanaltılar olsun hər zaman yanınızda.

Gündə 1 ovuc çərəz yeməyimiz vacibdir. Bu sağlam qida və daha çox enerji deməkdir. Ona görə də yüngül qəlyanaltı kimi istifadə etməyimiz yaxşı fikir ola bilər.


Soyuq və isti duş

Hər gün balanslaşdırılmış duş qəbul edin. Bu nə deməkdir? İlk öncə isti su, daha sonra soyuq sudan istifadə edirsiniz. Bu prosedur 1 dəqiqə davam edir, ancaq bədənimizə verdiyi töhvələr bitmir. Əsəb sisteminə və qan dövranına yaxşı təsir edir.


Hər gün oxu

Hər gün ən az yarım saat oxumağa çalış. Hər yerə kitablar qoy. Online da oxuya bilərsiniz. Bu sağlam yaddaş üçün çox önəmlidir. Yaddaş pozğunluğundan əziyyət çəkənlər bunu etməklə, daha iti yaddaşa sahib ola bilərlər.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂