Sən demə qucaqlaşmaq hər kəsə xoş olmaqdan əlavə, həm də hər kəs üçün faydalı imiş. Alimlər tərəfindən sübut olunmuşdur ki, qucaqlaşmaq:

  • İmuniteti gücləndirir

20 saniyədən uzun çəkən qucaqlaşma oqranizmə sakitləşdirici təsir göstərir və xəstəliklərə qarşı dayanıqlılığı artırır.

  • İştahı azaldır, çəki atmağa kömək edir

Hər iki hiss ruhumuzdaki boşluqları doldurur və stresə düşərək, boşluqları yeməklə doldurmaq istəyini dəf edir.

  • Vaxtından erkən qocalmanın qarşısını alır

Stres səviyyəsinin düşməsi və iltihabların aradan qalxması isə orqanizmdə qocalma prosesini ləngidir.

  • Çətin anlarda həyat eşqi və güc verir

Qucaqlaşma prosesi bütün günə yetəcək qədər enerji verir və əhval-ruhiyyəni qaldırır. Belə olduğu halda isə insanı heç bir problem yıxa bilmir.

  • Depressiyadan azad edir və xoşbəxtlik bəxş edir

Qucaqlaşdığımız zaman stres hormonu kortizolun səviyyəsi düşür və xoşbəxtlik hormonu serotonin taxtı ələ keçirir. Beləliklə, sinir sistemində də sakitlik hökm sürür.